Accessibility links

Təzəxan Mirələmli: Jurnalist fəaliyyətim məhdudlaşdırılıb


Təzəxan Mirələmli
Təzəxan Mirələmli

Azadlıq qəzetinin müxbiri Təzəxan Mirələmli Amerikanın Səsinə müsahibəsində barəsində çıxarılan məhkəmə qərarının jurnalist fəaliyyətinə təsirlərindən danışıb.

Təzəxan Mirələmli bu il fevralın 26-da - Xocalı faciəsinin ildönümü ilə əlaqədar "Ana harayı" abidəsinin yaxınlığında video bloger Ata Abdullayevi vurmaqda günahlandırılır.

Ata Abdullayevin iddisaı ilə məhkəmə Azadlıq qəzetinin əməkdaşı Təzəxan Mirələmlini məhkum edib.

İyunun 19-da Bakının Xətai rayon Məhkəməsi jurnalisti Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) maddəsilə təqsirli bilərək 1 il azadlığının məhdudlaşdırılması barədə hökm çıxarıb. Məhkəmə hökmünə əsasən, Mirələmli elektron qolbaqla gəzməli, gecə saat 23-dən səhər saat 7-dək yaşayış yerini tərk edə bilməz.

Amerikanın Səsi: Barənizdəki məhkəmə qərarını necə qiymətləndirirsiniz və bunun səbəbləri nədir?

Sifariş elə gəlmişdi ki, məhkəməni elə tezləşdirdilər ki, hətta sənədlərin tədqiqi, sübutların qiymətləndirilməsi mərhələsi olmadı.

Təzəxan Mirələmli: İstintaqla bağlı onu demək istəyirəm ki, istintaq qərəzli aparılıb. Yəni, həmin hərəkət zamanı heç bir cinayət törədilməyib. Bunu istintaq dövründə də, məhkəmədə də faktlarla bildirdim. Məhkəmədə verdiyimiz vəsatətlər təmin edilsə idi sübut olunacaqdı ki, mənim əməlimdə xuliqanlıq cinayətinin heç bir tərkib hissəsi yoxdur. Məhkəmənin gedişi də bunu göstərdi. Yəni məhkəmənin gedişində sifariş elə gəlmişdi ki, məhkəməni elə tezləşdirdilər ki, hətta sənədlərin tədqiqi, sübutların qiymətləndirilməsi mərhələsi olmadı. Biz əlavə sübutlarla bağlı vəsatətlər də vermişdik, həmin vəsatətlər də tədqiq olunmadı.

Təzəxan Mirələmli: Jurnalist fəaliyyətim məhdudlaşdırılıb
please wait

No media source currently available

0:00 0:05:05 0:00

Amerikanın Səsi: Bəs, barənizdə məhkəmə qərarının əsl səbəbi nədir?

Mənim cinayət işində təqsirləndirilən şəxs kimi cəlb edilməyim aprelin 13-də olub. 13 apreldə də Əli Kərimlinin evi blokadaya alınıb.

Təzəxan Mirələmli: Məhkəmədə qərarında da göstərilir ki, mənim peşə fəaliyyətimin məhdudlaşdırılmasıdır. Karantin dövründə mən jurnalist kimi Əli Kərimlinin (müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri-red) evinə tez-tez gedib-gəlirdim, ondan müsahibələr alırdım. Təkcə “Azadlıq” qəzeti, “Azərbaycan Saatı” proqramı üçün yox, xaricdə olan həmkarlar da bu müsahibələri məndən rica edirdi və mən müsahibələri alıb göndərirdim. Əsas səbəb bu idi. Yəni, mənim cinayət işində təqsirləndirilən şəxs kimi cəlb edilməyim aprelin 13-də olub. 13 apreldə də Əli Kərimlinin evi blokadaya alınıb (Əli Kərimlinin telefon və internet əlaqələrinin kəsilməsi nəzərdə tutulur-red). Bunun özü bir sübutdur.

Amerikanın Səsi: Bəs məhkəmə qərarı ilə fəaliyyətinizi necə məhdudlaşdırıblar?

Təzəxan Mirələmli: Məhkəmə qərarında göstərilir ki, mən axşam saat 23-dən səhər saat 7-dək yaşadığım yeri tərk edə bilmərəm. Bundan əlavə Bakı şəhərini tərk edə bilmərəm. Bir il müddətində elektron qolbaq taxmalıyam və bu qolbaq vasitəsi ilə hakimiyyət mənim hərəkətimə nəzarət edəcək.

Amerikanın Səsi: Yəni, qolunuzda elektron qolbaq gəzdirəcəksiniz? Onun vasitəsi ilə sizi izləyəcəklər?

Təzəxan Mirələmli: Bəli, tamailə düzdür. Yəni elektron qolbaq daim mənim qolumda olacaq. Onu elektrik enerjisi ilə (akkumulyatorun doldurulması-red) təmin etməkdə mənim boynumdadır. Onu söndürmək də olmaz. Birbaşa mənə nəzarət ediləcək.

Amerikanın Səsi: Hazəırda sizin qolunuzda elektron qolbaq yoxdur. Bəs məhkəmə qərarı nə vaxtdan icra ediləcək?

Bir il müddətində elektron qolbaq taxmalıyam və bu qolbaq vasitəsi ilə hakimiyyət mənim hərəkətimə nəzarət edəcək.

Təzəxan Mirələmli: Məhkəmə hökmü hələ qüvvəyə minməyib. Hökm apellyasiya məhkəməsinin qərarından sonra qüvvəyə minir. Apellyasiya məhkəməsi hələ olmayıb. Apellyasiya məhkəməsinin olmamasının da səbəbi odur ki, biz hələ apellyasiya şikayəti verməmişik. Məhkəmə qərarının surətini bu gün (iyulun 3-də) almışam. Tezlikə apellyasiya şikayəti verəcəm və apellyasiya şikayətinə baxış da azı 2-3 ay çəkir. Qolbaqla gəzmək qərarının özü də bir sifarişdir. Elektron qolbağın bağlanması məhkəmə hökmü qüvvəyə minəndən və məhkəmə qərarlarının icrası qurumunda qeyidyyata düşəndən sonra olacaq. 4-5 ay da buradan gedəcək. Yəni, mənim barəmdə hökm qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam tədbiri seçilib. Bu dövrdə onsuz da mən nəzarətdəyəm. Hökm qüvvəyə minəndən sonra da bir il elektron qolbaq gəzdirəcəm. Yəni, mənim cəzam bir il altı aydan çox olacaq.

Amerikanın Səsi: Hazırda jurnalist fəaliyyəti ilə məşğul ola bilirsiniz?

Karantin dövründə konstitusiyaya zidd olaraq sərbəst hərəkətlərimizə icazə verilmir.

Təzəxan Mirələmli: Jurnalist fəaliyyətinə gəlincə, onu da deyim ki, karantin dövründə konstitusiyaya zidd olaraq sərbəst hərəkətlərimizə icazə verilmir. Ona görə də evdən çıxa bilmirik. Ancaq, evdən iki saata çıxmağa icazə verilir. O da zəruri əşyaları almaq, zəruri məsələlərlə bağlı. Hal-hazırda tam fəaliyyət göstərə bilmirik. Yəni, hələ məhkəmə hökmü qüvvəyə minməyib, amma fəaliyyət göstərə bilmirirk. Yalnız evdən saytla əməkdaşlıq edirəm.

Amerikanın Səsi: Hüquqlarınızın bərpası üçün daha hansı addımları atacaqsınız?

Təzəxan Mirələmli: Əlbəttə, apellyasiya və Ali Məhkəməni keçəndən sonra Avropa Məhkəməsinə müraciət edəcəm. Amma, bundan əlavə mənim digər hüquqlarım da pozulub. Yəni, Əli Kərimlinin evinə gedərkən məmim də internet, telefon əlaqələrim kəsilib, həmin vaxt məni dörd saatdan artıq polis bölməsində saxlayıblar. Bununla bağlı da şikayət hazırlayıram, yerli məhkəmələrə müraciət edəcəm. O işi də Avropa Məhkəməsinə daşımağa israrlıyam.

Qeyd: Azərbaycan hökuməti ölkədə söz, fikir, media azadlığının tam təmin edildiyini, jurnalstlərin fəaliyyəti üçün hər cür imkanlar yardıldığını bildirir. Ölkə rəhbərləri Azərbaycan hökumətinin mətbuata daikm yardımlar etdiyini, hətta bir çox jurnalistlər üçün evlər bağışlandığını bəyan edir. Bununla yanaşı, müxalifət və tənqidi jurnalistikanın təmsilçiləri hökumətin yardımlarını mətbuatın ələ alınması kimi qiymıətləndirir.

Azərbaycan beynəlxalq mətbuat azdlığı indeksində 180 ölkə arasında 168-ci yerdə qərarlaşıb.

XS
SM
MD
LG