Accessibility links

Suriya döyüşçüləri Tabqa şəhəri və ölkənin ən böyük su bəndini ələ keçirib


Birləşmiş Ştatların dəstəklədiyi Suriya döyüşçüləri Tabqa şəhərini və ölkənin ən böyük su bəndini ələ keçirib.

Tabqa Rəqqadan 40 kilometr qərbdə yerləşir. Bununla da İŞİD-in paytaxt elan etdiyi Rəqqaya gedən yolda qruplaşmanın əlində olan böyük yaşayış məskəni qalmır.

Bu, İŞİD-lə ən effiktiv mübarizə aparan SAC və SDF-in daha bir qəbəsidir

Kürd və ərəb döyüşçülərdən ibarət Suriya Demokratik Qüvvələri (SDF) bir neçə həftədir Tabqa uğrunda döyüşür. Bu yaxınlarda Birləşmiş Ştatlar onları ağır silahlarla təmin edib ki, bu da Türkiyəni qəzəbləndirib.

SDF-in müşaviri Nasser Hac Mənsur deyib ki, şəhər və yaxınlıqdakı Tabqa su bəndi tamamilə azad olunub, SDF İŞİD-in bütün yaraqlılarını ərazidən çıxarıb.

SDF kürd yarqlıları və Suriya Ərəb Koalisiyası (SAC) da daxil edilməklə çoxmillətli qrupdur.

"Bu, İŞİD-lə ən effiktiv mübarizə aparan SAC və SDF-in daha bir qəbəsidir”- deyə, ABŞ polkovniki Con Dorrian bildirib.

Amerikanın xaricdəki hərbi əməliyyatlarına rəhəbərlik edən Mərkəzi Komandanlığın bəyanatında deyilir ki, 70-ə yaxın islamçı yaraqlısı öldürülüb.

Bəyanatda deyilir ki, SDF daha əvvəl İŞİD-in təslim olmaq tələbəini dinc əhalinin müdafiəsi və yüz minlərlə insanın, kənd təsərrüfatı və elektrik enerjisinin asılı olduğu Tabqa səddinin qorunması naminə qəbul etmişdi.

Lakin qrupun qələbəsi İŞİD döyüşçülərinin bölgəni tərk etməsinə yol açıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG