Accessibility links

`Təbriz 2018` - “Təbrizin adına başqa şəhərlərin xeyrinə”


Təbriz 2018 açılış mərasimi

Təbriz Şəhər Şurası üzvü Şəhram Dəbiri ‘Təbriz 2018’ tədbirləri üçün ayrılmış büdcəni ödəməyən İran hökümətini tənqid edib.

Bu barədə Nasr News internet portalı məlumat yayıb.

Dəbiri `Təbriz 2018` tədbirləri üçün 70 milyard tümən (təqribən 1 milyon 650 min dolar) büdcə ayrıldığını bildirib.

`Təbriz 2018` tədbirləri şəhərin 2018-ci il üçün İslam dünyasının turizm paytaxtı olaraq seçilməsi ilə əlaqədar keçiriləcək.

Yerli siyasətçilər, millət vəkilləri və mədəni fəallar da tədbirlərin həyata keçirilməsi ilə bağlı narahatlıqlarını dilə gətirirlər.

Turistləri Təbrizə cəlb etmək üçün hazırlanmış reklam bilbordları Təbrizdə deyil, ölkə xaricində həmçinin İsfahan və Şiraz kimi şəhərlərdə yerləşdirilməlidir.
Məcid Xudabəxş, Şərqi Azərbaycan valisi

Bəzi tənqidçilər Təbrizin adı ilə keçirilsə də, bu tədbirlərin İsfahan və Şiraz kimi şəhərlərin işinə yaradığını önə çəkirlər.

Bu tədbirlər çərçivəsində Təbrizdə keçirilən proqramlar və şənliklərdə İranın müxtəlif bölgələrinin tanınmış turizm məkanları tərənnüm edilir.

Şərqi Azərbaycan valisi də vəziyyətdən razı deyil. Məcid Xudabəxş Təbrizin şəhərin özündə təbliğ olunmasının boş bir iş olduğunu ifadə edib.

“Turistləri Təbrizə cəlb etmək üçün hazırlanmış reklam bilbordları Təbrizdə deyil, ölkə xaricində həmçinin İsfahan və Şiraz kimi şəhərlərdə yerləşdirilməlidir,” İSNA agentliyi valinin sözlərinə istinadən xəbər verib.

“Təbriz 2018”-in açılış mərasimi aprelin 25-də prezident Həsən Ruhaninin iştirakı ilə keçirilib.

XS
SM
MD
LG