Accessibility links

Təbrizdə turşu hücumlarının sayı artıb


Mart ayının 19-dan bəri Təbrizdə baş verən kimyəvi turşu hücumları səbəbilə iki qadın və üç kişinin ağır xəsarət alması əhalini təşviş və qorxuya sallıb.

Aprelin 29-da yaşanan son turşu hücumu nəticəsində üç kişi göz, üz və başqa orqanlarından ağır xəsarətlər alıblar.

Keçən mart ayının 19-da rədd cavabı verdiyi elçisi tərəfindən turşu ilə yandırılan 26 yaşlı Məsumə Cəlilpur, habelə aprelin 21-də ərinin hücumu ilə üzü və əlləri yandırılmış 37 yaşlı Məryəm Qurbaninin faciəvi hekayələri mətbuatda və toplumda geniş əks-səda doğurmuşdu.

Yerli internet portalları və sosial şəbəkələrdə ictimai fəallar baş verən faciələrin toplumu təşviş və qorxuya saldığını bildirirlər.

Mədəni fəallar, həmçinin nifrət və zorakılığa yol verən amillər ilə bağlı “maarifləndirmə” istiqamətində kampaniyaların təşkil edilməsinin zəruri olduğundan söz edir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG