Accessibility links

Təbrizdə təqaüdçülər ölkənin digər şəhərlərində aksiyalarla həmrəy olaraq piket keçirib


Təbrizdə Sosial Təminat Təşkilatının təqaüdçüləri maaşlarının inflyasiya nisbətinə uyğun olmadığına etiraz olaraq aprelin 10-da piket keçirib.

Təqaüdçülər Təbrizin Sosial Təminat idarəsinin 5 saylı şöbəsinin qarşısında toplaşaraq tələblərini şüarlar səsləndirərək dilə gətiriblər.

Piketdə iştirak edən təqaüdçülər maaşlarının yetərli olmadığı, bəzi tibbi müalicə xərclərinin sığorta tərəfindən ödənilməməsi ilə bağlı problemlər və inflyasiya və dolanışıq vəziyyətlərinin pisləşməsinə etiraz olaraq şüarlar səsləndiriblər.

Sosial Təminat idarəsinin təqaüdçülərinin sığortası, müalicə xərclərinin bir çoxunu qarşılamır və yaşlı olan bu ictimai təbəqə bir çox tibbi xərclərini maaşlarından ödəmək məcburiyyətində qalır.

Təbrizlə yanaşı təqaüdçülər İranın digər şəhərləri o cümlədən Tehran, Qəzvin, İsfahan, Rəşt, Ərak, kermanşah, Xürrəmabad və Kermanda etiraz mitinqləri keçiriblər.

Sosial Təminat Təşkilatının təqaüdçüləri yeni ildə maaşlarının artması və uzun zamandan bəri vəd edilən ancaq yerinə yetirilməyən maaşların bərabərləşdirilməsi layihəsinin tətbiq edilməsini tələb ediblər.

Təqaüdçülər "Maaşlarımız Rial ilə xərclərimiz dollar ilə", "bacarıqsız rəsmilər istefa istefa" və bənzər şüarlarla məişət şəraitinə etiraz ediblər.

Təqribən bir ay əvvəl etiraz mitinqi keçirən təqaüdçülər yeni ildə maaşlarının inflyasiyaya uyğun artırılmadığı halda etiraz mitinqlərinə davam edəcəklərini bildirmişdilər.

XS
SM
MD
LG