Accessibility links

Təbriz Tibb Elmləri Universitetinin tələbələri etiraz aksiyası keçiriblər


Təbriz Tibb Elmləri Universitetinin bir sıra tələbələri universitetin kampusunda etiraz aksiyası keçiriblər.

İnsan hüquqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin yaydığı məlumata görə, aprelin 27-də Təbriz Tibb Elmləri Universitetinin tələbələri universitetdə qız tələbələrə olan təzyiqlərə və universitet tərəfindən qızlar yataqxanasında tələbələrin geyimi və hicablarına olan müdaxilələrə qarşı etirazlarını bildiriblər.

Aksiyada iştirak edən tələbələr, “nə kazarma, nə həbsxana, yaşasın universitet” və “ləyaqətsiz rəsmilərə istefa, istefa” kimi şuarlar səsləndiriblər.

Günaz Tv saytında dərc olunan xəbərə əsəsən, Təbrizin Payam-e Nur universitetinin bir sıra tələbələri də universitetdə yaşadıqları müxtəlif problemlərdən dolayı etiraz aksiyası keçiriblər.

Aksiya zamanı tələbələrin əlində, “tələbə, oyan, amandır, universitet talandır” şuarı yazılmış plakartlar olub.

Son günlər ərzində İranın müxtəlif universitetlərində tələbələr bənzər etiraz aksiyaları keçiriblər.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG