Accessibility links

Təbrizdə Şəhriyar Dərnəyinin türkcə kursları böyük rəğbətlə qarşılanıb


Ustad Şəhriyar Dərnəyinin Təbrizdə təşkil etdiyi türk dili kurslarının əhali tərəfindən böyük rəğbətlə qarşılandığı bildirilir.

Bu haqda Güney Azərbaycan Televiziyası və Araz News kimi saytlar məlumat və şəkillər nəşr ediblər.

Yayılan məlumata görə, “dil sinifinə təşkil olunduğu zalın tutumundan daha artıq əhali qatılıb və bir çox iştirakçı dərsi ayaq üstdə dinləməli olub.”

İnternet qəzetləri siniflərin nə zamana qədər davam edəcəyi, siniflərin proqramı ya dərsliyin hansı qurum tərəfindən hazırlandığına dair dəqiq məlumat yaymayıblar.

Şəhriyar Dərnəyinin təşkil etdiyi kursları güneyli sosial şəbəkə istifadəçiləri də sevinclə qarşılayıb. Bəzi türk dili müəllimləri isə sinifin keyfiyyətinin yaxşı olmadığını, ancaq dərnək tərəfindən həyata keçirilən layihənin gələcəyə doğru önəmli addım olduğunu qeyd ediblər.

Dünyaya Baxış

Dünyaya Baxış. Nazarbayev etirazlardan sonra ilk dəfə video müraciət yayımlayıb
please wait

No media source currently available

0:00 0:10:04 0:00
XS
SM
MD
LG