Accessibility links

“Azərbaycan Türk deyil” adlı kitab Təbrizdə qalmaqal yaradıb


“Azərbaycan Türk deyil - Türkdillidir” adlı kitab Təbriz Kitab Sərgisində satışa buraxılıb

Təbriz Beynəlxalq Kitab Sərgisində satışa çıxarılan “Azərbaycan Türk deyil - Türkdillidir” adlı kitabın qalmaqala səbəb olduğu bildirilir.

Azərbaycan veb səhifələri, o cümlədən Təbriz Səsi və Günaz TV-nin yaydığı məlumata görə, kitab sərgisinə gələn çox sayda ziyarətçi kitabın nümayişinə etiraz ediblər.

Kiyamehr Firuzinin yazdığı 103 səhifəlik “Azərbaycan Türk deyil - Türkdillidir” kitabı Tehranın Behnegar nəşriyyatı tərəfindən yayılıb.

Kitabın məzmunu arxa cildində belə açıqlanıb:

“Pantürkistlər Azərbaycanı irq və dil baxımından İrandan ayrı göstərməyə çalışırlar. Lakin gerçək budur ki, Azərbaycan İran mədəniyyətinin ayrılmaz bir parçasıdır. Azərbaycan əhalisi Arya irqindəndir və onlar 4-cü əsrə qədər farscanın ləhcələrindən olan Azeri dilində danışırdılar. Türk dili Azərbaycanda 4-cü əsrdə Səlcuqların yürüşündən sonra yayılıb...”

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG