Accessibility links

Tacik milislər kitabxanaya getməli, oxuduqlarından imtahan verməli olacaqlar


Tacikistan Daxili İşlər Nazirliyinin işçiləri artıq nəinki arıq (2017-ci ildə onları arıqlamağa məcbur ediblər) və mədəni baxımdan yetkin (2017-ci ildə onları ayda bir dəfə teatra getməyə məcbur ediblər), həm də bilikli olacaqlar.

Tacikistanın polis naziri Ramazan Rəhimzodanın sözlərinə görə, artıq bütün nazirlik əməkdaşları icbari şəkildə kitabxanalara gedəcək və mütəmadi olaraq hansı kitabı oxuduqlarını və ondan nə kimi dərs götürdükləri barədə məlumat verəcəklər.

Polislər mütləq bədii ədəbiyyat və prezident Emomali Rəhmanın kitablarını oxumalıdırlar

Nazirin sərəncamı ilə şəxsi heyətin maarifləndirilməsi üçün daxili işlər nazirliyinin hər şöbəsində kitabxanalar qurulacaq. Kitabxanaya gediş icbaridir: kitabxanaçılar hər bir işçinin, seçdiyi kitabın adını və kitaba sərf etdiyi vaxtı qeyd edəcək. Yalnız peşəkar iş ədəbiyyatı və ya qəzetləri oxumaq olmaz - dünyagörünüşünü artırmaq üçün polislər mütləq bədii ədəbiyyata və prezident Emomali Rəhmanın kitablarına diqqət yetirməlidirlər.

"Xüsusi kartlar var, hər xidmətin başçısı var. Onlardan kitabxanaya getmiş işçilərin sayı soruşulucaq. Bizim kitabxana da daxil olmaqla bütün fəaliyyətimiz idarə olunur," Raximzoda dəyişikliklər barədə danışıb.

Tacikistan Prezidenti Emomali Rəhman avtoritar idarəçiliyinə görə tanınır.
Tacikistan Prezidenti Emomali Rəhman avtoritar idarəçiliyinə görə tanınır.

Nazirin sözlərinə görə, Daxili İşlər Nazirliyinin işçiləri kitabxaya işdən kənar saatlarda getməlidirlər. Lakin hər birinin kitab arxasında neçə saat keçirəcəyini dəqiqləşdirməyib. Kitabxanaçılardan biri bildirib ki, heç bir hadisə baş verməyibsə, işçilər əsas gecə növbəsində oxumağa kitab götürərək lazımi oxu saatlarını qazana bilərlər.

Hər ay kimin neçə bədii kitab oxuduğu, hansi müəllifləri və nəşrləri oxuduğu barədə hesabat verməsi tələb olunur.

Rübdə bir dəfə milis işçilərininin oxuduqları kitablardan əldə olunmuş biliklərin test üsulu ilə yoxlanması gözlənilir.

"Hər ay kimin neçə bədii kitab oxuduğu, hansi müəllifləri və nəşrləri oxuduğu barədə hesabat verməsi tələb olunur. Həmçinin müəyyən qaydada test üsulu ilə imtahanlar olacaq. Rütbə və vəzifə almazdan öncə hüquq-mühafizə orqanları əməkdaşları mütləq şəkildə testdən keçməlidir," polkovnik Nazar Samiyev deyir. Tacik dilini təkmilləşdirmək istəyənlər üçün isə ana dili kursları açılıb.

XS
SM
MD
LG