Accessibility links

Tacik qadınlarının 90%-i həyat yoldaşlarından qorxur


Tacikistan prezidenti yanında statistika agentliyinin araşdırmalarına görə, tacik qadınlarının 90%-i öz həyat yoldaşlarından qorxur. Onlardan 39%-i daimi qorxu içindədir, 51%-i isə bəzən. Sorğu keçən il 15-49 yaş arası 10 min qadın arasında aparılıb.

Sorğuda iştirak edən qadınların 30% -dən çoxu həyat yoldaşları tərəfindən fiziki və cinsi istismara məruz qaldığını bildirib.

Azadlıq Radiosunun tacik şöbəsinin verdiyi məlumata görə, sorğulanan qadınların əksəriyyəti etiraf edir ki, onların istənilən addımı həyat yoldaşı tərəfdən qisqanclıq və ya qəzəbə səbəb ola bilər.

“Qamxori” ictimai təşkilatın hüquqşünası Mədinə Nizomova bildirirb ki, qızlarda bu qorxu hissi hələ ata evindən yaranır. “Qızlar əvvəlcə öz ata və qardaşlarından qorxurlar. Ailə qurduqdan sonra isə bu qorxu hissi artır. Əvvəla, qızlar valideynlərini təhqir etməkdən qorxurlar, digər səbəb isə boşanmadan sonra onlara heç bir şeyin qalmaması qorxusudur. Boşanmadan sonra cəmiyyətin onları necə qəbul edəcəyi üçün də qorxu hissi var”, hüquqşünas deyib.

Qadınların həyat yoldaşlarından qorxmalarının əsas səbəbi boşanma və döyülmə hallarıdır.

International Alert -in verdiyi məlumata görə, tacik kişilər qadınlarını döyərək, qapazlayaraq, söyərək və boşanma təhdidləri edərək "tərbiyyələndirir"lər.

Tacik psixoloq Farzona Şərifzadə bildirir ki, daimi nəzarət altında və qorxu içində olan həyat psixi xəstəliklərə səbəb ola bilər.

Qadın hüquqları müdafiəsi ilə məşğul olan qeyri-hökümət təşkilatlarının birinə 40 yaşlı Diloro kömək üçün müraciət edib. O etriaf edir ki, evdən icazəsiz çıxa bilmir və onun telefonu həmişə açıq olmalıdır.

“Harasa getməyə icazə alanda, yoldaşım “ancaq ora və geri” deyir və mən geciksəm, məni onu aldatdmaqda və ona yalan danışmaqda günahlandırır.

“Sən başqa yerə getmişdin, həkimə və ya valideynlərinə getməmisən”, deyir. Hər gün göz yaşları içində keçir. Hər an düşünürəm ki, indi nəsə desəm yenə də dava başlayacaq, onun mənə inanması üçün nə edim bilmirəm. Səhhətim pisdir, həkimlər mənə əsəbləşməməyi məsləhət görürlər. Lakin mən hər dəqiqə qorxu içindəyəm və məcburən əsəbləşirəm. Yoldaşım daim məni qınayır, “Telefonu bilərəkdən söndürdün, küçədə kiminlə danışırdın.” O mənə inanmır”, Dilorom deyir.

Ailələrdə bu cür vəziyyət uşaqlara da mənfi təsir göstərir və onları depressiv vəziyyətə salır.

Ancaq bir çox qadın evin söz-söhbətini ictimaiyyətləşdirilməsini istəmədiyindən və ya şikayətlərinin nəticələrindən qorxduğu üçün daim qorxu içində yaşayır.

XS
SM
MD
LG