İslam Dövləti qrupunun maskalı militantları gecə saatlarında Tacikistan-Özbəkistan sərhədindəki bir keçid məntəqəsinə hücum edib. Tacikistan rəsmilərinin bildirdiyinə görə, silahlı qarşıdurma zamanı 15 militantın, bir keşikçi və bir polis işçisi öldürülüb.
Son aylar Tacikistanda bir sıra hücumlara görə məsuliyyəti öz üzərinə götürən militant qrup bu hücumla bağlı dərhal bir açıqlama verməyib.
Tacikistan Milli Təhlükəsizlik Komitəsi paytaxt Düşənbədən 50 km. cənub-qərbdə sərhədin Tacikistan hissəsinə hücum edən militantlardan beşınin ələ keçirildiyini bildirib.
Qara rəngli hərbi geyimli üç nəfərin yandırılmış cəsədlərinin dağılmış maşının yanında yerdə uzanan şəkillıəri yayımlanıb.
Tacikistan Milli Təhlükəsizlik Komitəsinın bildirdiyinə görə, silahlı şəxslər bu ayın əvvəlində Əfqanıstanla sərhədi keçərək keçmiş sovet respublikasına xüsusi tapşırıqla daxil olub.
Əsas istinadgahı İraq və Suriyada olan cihadçı İslam Dövləti qrupu məğlubiyyətə uğrmazdan öncə sıralarına əhalisinin böyük hissəsi sünnilərdən ibarət olan Orta Asiyadan minlərlə döyüşçü cəlb etmişdi.