Accessibility links

Tacikistanda jurnalistə hücum olub


Asia-Plus xəbər agentliyinin müxbiri naməlum şəxslər tərəfindən hücuma məruz qaldığını və döyüldüyünü deyib.

23 yaşlı jurnalist Abdullo Qurbəti mayın 12-də Azad Avropa/Azadlıq Radiosuna deyib ki, iki maskalı şəxs ona mağazadan evinə qayıdarkən hücum edib.

Qurbətinin dediyinə görə, hücum edənlərdən biri onu arxadan başından vurub və o yıxıldıqdan sonra onu döyməyə başlayıblar.

"Mən yüksək səslə köməyə çağırmağa başladım. Onlar məni qoyub qaçdılar", deyən Qurbəti, hücumun onun fəaliyyəti ilə əlaqəli olduğuna inandığını bildirib.

Qubəti koronavirusla mübarizədəki səylər də daxil edilməklə, hökumətin bəzi fəaliyyətləri ilə bağlı sual qaldırdığı yazılarına görə naməlum şəxslər tərəfindən telefonla təhdid edildiyini deyib.

Daxili İşlər Nazirliyinin sözçüsü Nüsrətullo Məhmədzadə Azadlıq Radiosuna Qürbati polisə rəsmi şikayət ərizəsi ilə müraciət edibsə, hücum edənlərin ələ keçirilməsi üçün zəruri tədbirlər görüləcəyini deyib. Jurnalist şikayət verdiyini bildirib.

Sərhədsiz Reportyorlar təşkilatının bildirdiyinə görə, Tacikistanda son iki ildə müstəqil media üçün şərait kəskin pisləşib.

XS
SM
MD
LG