Accessibility links

Tacikistan prezidenti Qırğızıstanda baş verən hadisələrdən narahatdır


İmaməli Rəhman deyir ki, Qırğız hökumətinin dəyişilməsi bu ölkənin daxili işi olmasına baxmayaraq hamının narahatlığına səbəb olub.

Tacikistan prezidenti İmaməli Rəhman deyir ki, o, qonşuluqdakı Qırğızstanda zorakılıqların baş qaldırmasından narahatdır. Cənab Rəhman parlamentdə etdiyi illik çıxışında söyləyib ki, Qırğız hökumətinin dəyişilməsi bu ölkənin daxili işi olmasına baxmayaraq hamının narahatlığına səbəb olub. Kurmanbek Bakiyev bu günlərdə vəzifəsindən istefa verərək ölkəni tərk edib. Aprelin 7-də ona qarşı qalxan üsyan Bakiyevin 5 illik hakimiyyətinə son qoydu. Qırğızların müvəqqəti hökuməti o vaxtdan bəri ölkəboyu, xüsusilə ölkənin cənub bölgəsində Bakiyevin tərəfdarlarının yaşadığı məntəqədə səlahiyyətlərini icra etməkdə cətinliklərlə üzləşir.

XS
SM
MD
LG