Accessibility links

Tacikistanda prezident seçkiləri keçirilir


İmaməli Rəhmanın uzunmüddətli hakimiyyətinə daha 7 il əlavə ediləcəyinə şübhə yoxdur

Bu gün Tacikistanda prezident seçkiləri keçirilir.
İmaməli Rəhman
İmaməli Rəhman

Nəticələrin Rusiyanın dəstəklədiyi İmaməli Rəhmanın uzunmüddətli hakimiyyətini daha 7 il uzadacağına şübhə yoxdur. Sabiq sovxoz direktoru Rəhman ölkəni 1992-ci ildən idarə edir.
Hər şeydən əvvəl iqtisadi durum, ikincisi insan hüquqlarının vəziyyəti açınacaqlıdır

Müşahidəçilər bu seçkilərin yalnız adı naminə keçirildiyini deyir.

İnsan hüquqları müdafiəçisi, yeganə müxalif namizəd Oynihol Babanəzərovanın namizədliyi kifayət qədər imza toplaya bilmədiyi üçün qeydə alınmayıb. O, ölkədəki hazırkı durumun ağır olduğunu deyir. "Hər şeydən əvvəl iqtisadi durum, ikincisi insan hüquqlarının vəziyyəti açınacaqlıdır. Tacikistanda din, ifadə və digər azadlıqlar mövcud deyil."
Oynihol Babanəzərova
Oynihol Babanəzərova

Əhalisinin 90 faizini müsəlmanların təşkil etdiyi Tacikistanda islam radikalizminin kök salacağından ehtiyat edilir.

İmaməli Rəhmanın başçılığı altında Tacikistanda radikalizmə yol verilməməsi adı altında məsçidlər və dini mədrəsələr ciddi nəzarət altında saxlanılır.

Rusiya Rəhmanın islamçılar, millətçilər və demokrat qruplara qarşı təzyiqlərinə dəstək verir.

Bu ölkənin pambıq və alüminiuma əsaslanan iqtisadiyyatı post-Sovet müharibəsi dövründə demək olar ki, məhv olmuşdu. Son illər bir qədər iqtisadi dirçəliş müşahidə edilsə də, Tacikistan Orta Asiyanın ən yoxsul ölkəsi olaraq qalır.

Taciklərin əksəriyyətinin əsasən Rusiyada olmaqla, xarici ölkələrdə işləməsi ölkə iqtisadiyyatını qonşulardan asılı edib.

İndi Moskvanın tacik miiqrantları Rusiyadan çıxarmadı və ölkəyə giriş qaydalarını ciddiləşdirməsi ilə Tacikistan iqtisadiyyatının üzərini yenidən qara buludlar alıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG