Accessibility links

Taha Kirmani Altı-Həftəlik Müharibədən sonra İran-Türkiyə münasibətlərinin durumunu şərh edir


Jurnalist Taha Kirmani Amerikanın Səsi ilə söhbətdə İran İslam Respublikasının xarici siyasətində pan-İranist tendensiyaların dominant olduğunu deyərək bu tendensiyaların İran-Türkiyə münasibətlərinə təsirlərini şərh edib.

please wait

No media source currently available

0:00 0:15:32 0:00
Direct link

O, İranın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıdakı paradda oxuduğu şeirə verdiyi təpkini də həmin kontekstdə dəyərləndirir.

İranın Xarici İşlər Naziri Cavad Zərif atdığı tvitdə Güney Qafqaz və xüsusən Azərbaycan Respublikasını İranın və ya sözdə böyük İranın bir parçası kimi qeyd edir.

Taha Kirmaninin sözlərinə görə, “İkinci Qarabağ savaşında İran siyasətində ciddi bir uğursuzluğun olduğunu deyə bilərik. Bu, həm İran ictimaiyyətində görünürdü, həm də xaricdən baxanda İran uduzmuş kimi qeydi edilirdi... Türkiyə də qazanan tərəf olaraq görünürdü. İran və Türkiyə arasındakı rəqabəti düşündüyümüzdə, həm xaricdən baxıldığında həm də İran daxilində, bu, İranın Türkiyəyə məğlubiyyəti kimi təfsir olundu.”

O, xüsusilə də Ermənistan və Azərbaycan arasında Altı-Həftəlik Müharibədən sonra İranın Türkiyədən rahatsız olduğunun açıq şəkildə göründüyünü önə çəkir.

“İranın Türkiyədən rahatsız olduğunu bilirdik. Amma, İran bu rahatsızlığını nə zaman və necə dilə gətirəcək idi, göstərəcək idi yoxsa altdan davam edəcək idi, bu beyinlərdə olan bir sual idi. Nəzərə gələn bu şeir böhranı İran ictimaiyyətinin sıxışmış o etiraz qazını boşaltmaq yönündə bir hərəkət idi,” jurnalist söyləyir.

Son vaxtlar İran Azərbaycanında bəzi yerli siyasətçilər İranın xarici siyasətinin pan-İranist düşüncələrin təsirində qaldığını önə çəkirlər.

Əsasən İranda Türkiyəyə qarşı etiraz kampaniyası üçün səfərbərlik və hazırlığa ehtiyac yoxdur. Biz bunu daha əvvəl bənzər olaylarda görmüşük. Bu hətta İranı əlaqələndirməyən olaylarda da olub.

Taha Kirmani Şərqi Azərbaycan vilayətinin sabiq valisi və Təbrizin hazırki millət vəkili Əhməd Əlirza Beyginin bu mövzu ilə bağlı açıqlamalarına diqqət çəkərək, “fars milliyyətçiliyi və İranşəhri düşüncəsinin İranın xarici işlər nazirliyinin tərkibində ciddi nüfuza sahib olduqlarını” vurğulayır.

“İranın Xarici İşlər Naziri Cavad Zərif atdığı tvitdə Güney Qafqaz və xüsusən Azərbaycan Respublikasını İranın və ya sözdə böyük İranın bir parçası kimi qeyd edir. Bunu biz dəfələrlə İranın yüksək vəzifəli rəsmilərindən eşitmişik,” jurnalist bildirir.

Jurnalist İranın siyasi mühitində anti-Türkiyə çıxışların geniş dəstək gördüyünü vurğulayır:

“Əsasən İranda Türkiyəyə qarşı etiraz kampaniyası üçün səfərbərlik və hazırlığa ehtiyac yoxdur. Biz bunu daha əvvəl bənzər olaylarda görmüşük. Bu hətta İranı əlaqələndirməyən olaylarda da olub. Misal üçün Türkiyə və Yunanistan arasında yaşanan qaçqın problemində belə İranda fars milliyyətçiləri Türkiyəyə qarşı nəfrət söyləmini yaya bilirlər.”

Taha Kirmani hesab edir ki, İranın siyasi mühitindəki anti-Türkiyə və anti-Azərbaycan çıxışlar İran Azərbaycanında narahatlığa yol açır.

O, əlavə edir ki, “mövzu Türkiyə olanda, fars milliyyətçiləri ümumuyyətlə türkləri vurmağa çalışır və istər-istəməz Azərbaycanda və İran türkləri arasında rahatsızlıq yaranır. Yerli siyasətçilər bu rahatsızlığın ümumi olduğunu bilir. Ona görə, biz görürük ki, [İran Azərbaycanında] məhəlli siyasətçilər İranın xarici siyasətindəki başqa örnəklərə baxmayaraq, mövzu Türkiyəyə qarşı mövqelər olduğu zaman bunu ümumiləşdirmənəyi tərcih edirlər. Ona görə ki, Azərbaycanda Türkiyəyə qarşı mövqelər toplum tərəfindən yaxşı qarşılanmır.”

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG