Accessibility links

Taha Kirmani: İranı işıqlandıran jurnalistlər dünyanın hər yerində təhdidə məruz qalırlar


Taha Kirmani
Taha Kirmani

Jurnalist Taha Kirmani Amerikanın Səsi ilə söhbətdə Türkiyə və bəzi digər ölkələrdə yaşayan iranlı jurnalistlər və siyasi fəalların İslam Respublikasına bağlı qüvvələr tərəfindən hədələndiyini ifadə edir.

please wait

No media source currently available

0:00 0:14:42 0:00
Direct link

Kirmani müsahibədə həmçinin İran və Belçika arasında məhbus mübadiləsi üçün müqavilə imzalandığına dair xəbərləri dəyərləndirib.

Nə yazıq ki, dünyanın harasında olur olsun, təhdidlər İranla bağlı çalışan jurnalistlərin iş həyatının bir parçası halına gəlib. İranın nüfuz sahəsinin daha geniş və dərin olduğu ölkələrdə bu daha çox hiss edilir və özünü göstərir.

“Təəssüf ki, dünyanın harasında olur olsun, təhdidlər İranla bağlı çalışan jurnalistlərin iş həyatının bir parçası halına gəlib. İranın nüfuz sahəsinin daha geniş və dərin olduğu ölkələrdə bu daha çox hiss edilir və özünü göstərir. İran İslam Cümhuriyyətinin rəsmi bəyanatlarının əksinə bir fəaliyyət göstərən, xüsusilə də, mətbuatda çalışan insanlar mediada görünməyə başlayanda bu təpkilər və bu təhdidlər daha da artır,” jurnalist söyləyir.

Taha Kirmani özünün İrana bağlı qüvvələrin təhdidlərinə məruz qaldığını bildirir:

“Türkiyə, təəssüf ki, uzun illər boyunca İran İslam Cümhuriyyətinin propaqandası və siyasi nüfuzunun geniş və dərin olduğu ölkələrdən biri olub. Buna görə, burada çalışan jurnalistlər hər zaman bu tip təhdidlərə məruz qalıblar. Mən də illərdir təhdidlərə məruz qalmışam. Ancaq, son bir neçə ildə bu təhdidlər həm ciddiləşib, həm də çoxalıb.”

O, əlavə edir ki, “təhdidlərin bir çoxu İrana yaxınlığı ilə bilinən və siyasətdə fəal olan şəxslər tərəfindən olur. Bunların hər nə qədər Türkiyə siyasətində ciddi rolları olmasa da, açıq kimliyə sahib insanlardırlar. Bunlar daha çox İranın regional siyasətlərinə dəstək verən insanlardır. Məsələn İran İslam Cümhuriyyətinin Livanda və Suriyada siyasətlərini dəstəkləyirlər. Təhdidlərin bir qismi bunlardan gəlir. Sözlü təhdidlərdən tutmuş, hətta ölüm təhdidlərinə qədər olub. Mən keçən illərdə Türkiyədə məhkəmə qurumu və polisə şikayət etmişəm amma heç bir zaman konkret və dəqiq bir cavab almamışam. Bir nəticə əldə etməmişəm və təhdidlər də davam edib.”

Türkiyə nə yazıq ki, uzun illər boyunca İran İslam Cümhuriyyətinin propaqadası və siyasi nüfuzunun geniş və dərin olduğu ölkələrdən biri olub.

Kirmani deyir ki, İrana qonşu ölkələr İslam Respublikasının rəsmi düşüncəsinin əksinə hərəkət edən jurnalistlər üçün təhlükəsiz bir yer olmayıblar.

“Türkiyə və ümumiyyətlə İrana qonşu bütün ölkələr iranlı müxaliflərə və İranın propaqandasının əksinə hərəkət edən jurnalistlər üçün təhlükəsiz bir yer olmayıblar. İslam Cümhuriyyətinin quruluşundan bəri bir çox qaçırılma və şübhəli ölüm halları olub. Bunların birinci müttəhimi hər zaman Tehran olub. Amma, son illərdə Türkiyədə dəyişən bir şey var. Bəlkə iki ölkənin maraqlarının bir-birilərinə zidd olmasından dolayı biz Türkiyə torpaqlarında baş verən hadisələr ilə bağlı daha çox məlumatlandırma görürük,” -deyə jurnalist qeyd edir.

XS
SM
MD
LG