Accessibility links

Taho gölü meşə yanğınları səbəbilə fövqəladə vəziyyətə hazırlaşır


ABŞ-ın Kaliforniya ştatı boyunca dəyişən hava şəraiti ilə üz-üzə qalan təxminən 14 min yanğınsöndürən yavaş-yavaş Taho gölü kurort bölgəsinə doğru irəliləyən yanğın da daxil olmaqla bir çox böyük meşə yanğını ilə mübarizə aparıb.

Önümüzdəki günlərdə rütubətin azalması ilə küləklərin və temperaturun artacağı gözlənilirdi.

"Bu, irəliləmək və həqiqətən də yanğını dayandırmaq üçün əldə etdiyimiz fürsət pəncərəsini bağlayır" – deyə, Dövlət yanğınsöndürmə agentliyinin direktor köməkçisi Daniel Berlant bildirib.

Alovlar yayda Alpin gölünü ziyarət edən, qışda bir çox kurortda xizək sürən və il boyu kazinolarda oynayan milyonlarla turistin yaşadığı Taho hövzəsinin cənub-qərbindəki dağları yandırıb.

Magistral 50-nin Taho gölünə enməyə başladığı hissəsindəki Exo zirvəsi dağ aşırımıdır və Kaldor yanğının Sierra Nevadadakı sıx meşədə yanmağa davam edəcəyi təqdirdə yanğınsöndürənlərin dayanmağı planlaşdırdıqları yerdir.

"Magistral 50 boyunca hər şey yaxşı vəziyyətdədir. Yanğın yavaş-yavaş geri çəkilib ... biz yalnız öz sürətimizlə bunu etməyə icazə verdik. Bu, bizim xeyrimizə işləyir" – deyə, Kaliforniya Yanğın Əməliyyatları Bölməsinin rəisi Kodi Boqan bildirib.

Sözügedən yanğın ABŞ-dakı təxminən 90 böyük alovdan biridir. Kaliforniyada indiyədək 10-a yaxın meşə yanğını baş verib. Onlardan biri Cənubi Kaliforniyadakı 18 evi yandıraraq məhv etmişdi.

Kaliforniyadakı yanğınlar 2000-ə yaxın tikilini məhv edib və minlərlə adamı təxliyə etməyə məcbur edib, eyni zamanda ölkənin qərb hissəsinin böyük bir bölgəsini sağlam olmayan tüstü bürüyüb.

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 24 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:28:23 0:00
XS
SM
MD
LG