Accessibility links

Tailandın ordu tərəfdarı partiyası seçkidə qalib gəldi


Tailand Seçki Komissiyası cümə axşamı bildirib ki, ordu tərəfdarı Palanq Praçarat Partiyası martın 24-də keçirilən ümummilli seçkilərdə 8.4 milyon səslə qalib gəlib.

Seçki Komissiyasının baş katibinin müavini deyib ki, beş il öncə hərbi çevriliş zamanı devrilən əsas müxalif Feu Tai partiyası 7.9 milyon səs qazanıb.

Nəticələr hesablanan bütün səsləri əks etdirsə də, yekun nəticələr hələ mayın 9-da açıqlanacaq.

Komissiya 500 yerlik Nümayəndələr Palatasında hər partiyanın neçə yer qazandığını elan etməyib.

Hazırda baş nazir Prayut Çan-oçanın başçılıq etdiyi hökümət yeni hökümətə azlıq kimi daxil ola bilər, lakin onların müxalif partiyaların üzvlərini mövqelərini dəyişməyə çalışacaqları gözlənilir.

Onun höküməti parlametdə çoxluğa sahib olmadan hər hansı qanunu qəbul etməkdə çətinlik çəkəcək.

XS
SM
MD
LG