Accessibility links

Tailandda etiraz aksiyaları davam edir


Hökümət əleyhdarı nümayişçilər Banqkokda gələn həftə nəzərdə tutulmuş izdihamlı nümayişi dəstəkləmək üçün aksiya keçiriblər. Onlar nümayişin baş nazirin istefa verməyə məcbur ediləcəyinə ümid edirlər.

Sabiq baş nazir müavini Şutep Thauqsuban rəhbərlik etdiyi nümayişçilərin məqsədi gələn bazar ertəsi kütləvi nümayişlər vasitəsi ilə əsas yolları bağlayaraq, hökümət idarələrinin işini dayandırmaqdır.

Baş nazir Yinqluk aylardır davam edən siyasi kböhranın həlli üçün parlamenti buraxaraq, erkən seçkilər keçirilməsini və milli islaharlar şurasının təsis edilməsini təklif edib.

Ancaq müxalif qüvvələr bunun yetərli olmadığını və islahatların seçkilərdən əvvəl həyata keçirilməli olduğunu bildirib.

Təhlilçilər hakimiyyətdə olan baş nazirin partiyasının qələbə əldə edə biləcəiyini deyir.

Etirazçılar baş naziri rüşvətxorluqda ittiham edərək, onun hakimiyyətdən devrilmiş baş nazir qardaşı Taksin Şinavatra tərəfindən idarə olunduğunu bildirir.

Miliyader biznesmen və sabiq baş nazir Taksin 2006-cı ildə hərbi çevriliş nəticəsində hakimiyyətdən devrilib. O, korrupsiyada ittihamları ilə məhkum edilib və hazırda öz istəyi ilə sürgündə yaşayır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG