Accessibility links

Tailand hökuməti nümayişçilərlə danışıqları rədd edir


Tailand hökuməti bildirir ki, iki aylıq nümayişlərlə paytaxt Banqkoku iflic etmiş anti-hökumət nümayişçiləri ilə danışıqlar aparmayacaq

Tailand hökuməti bildirir ki, iki aylıq nümayişlərlə paytaxt Banqkoku iflic etmiş anti-hökumət nümayişçiləri ilə danışıqlar aparmayacaq. Kabinet naziri Satit Vonqnontoi televiziyaya müsahibəsində bu ideyanı rədd edib. Bu gün erkən qırmızı köynəklilərin liderləri qanlə qarşıdurmaya son qoymaq üçün Senatın vasitəçiliyi ilə danışıqlara hazır olduğunu bildirib. Danışıqlar üçün təklifi Tailand parlamentinin yuxarı palatası olan Senatdan 55 qanunverici irəli sürüb. Qırmızı köynəklilərin lideri Nattavut Saykua deyib ki, etirazçılar danışıqlar üçün qabaqcadan şərt qoymurlar.

XS
SM
MD
LG