Accessibility links

Məhəmməd Peyğəmbər haqda filmə etiraz aksiyaları Tailand və Hindistan Kəşmirində də baş qaldırıb


Məhəmməd Peyğəmbər haqda filmə etiraz aksiyaları Tailand və Hindistan Kəşmirində də baş qaldırıb. ABŞ-ın Banqkokdakı səfirliyinin bildirdiyinə görə, amerikalılara qarşı heç bir spesifik hədə qeydə alınmasa da, səfirlik bağlanıb.

Kəşmrin Srinaqar şəhərində keçirilən aksiya zorakılıqla müşayiət edilib. Polislə nümayişçilər arasında qarşıdurma olub.

Əl-Qaidənin Şimali Afrikadakı şəbəkəsi Məhəmməd Peyğəmbəri mənfi obrazda təsvir edən filmə etiraz olaraq, ABŞ diplomatlarına qarşı əlavə hücumlara çağırıb. Qrup xüsusilə Əlcəzair, Tunis, Mərakeş və Mavritaniyada hücumlara səsləyib.

Ötən həftədən bəri dünyanın 20 ölkəsində nümayişlər keçirilib.

Bu gün Banqladeşdə filmin YouTube-da izlənməsinin qarşısı alınıb. Google Liviya, Misir, İndoneziya və Hindistanda filmin izlənməsini yasaqlayıb.
XS
SM
MD
LG