Accessibility links

Tailand mağarasından xilas edilən oğlanlar psixi xəstəliklər keçirə bilər [Video]


Tailand mağarasından xilas edilən oğlanlar psixi xəstəliklər keçirə bilər
please wait

No media source currently available

0:00 0:01:30 0:00

Suyla dolmuş Tam Luanq mağarasında ilişib qalmaq travmasını geridə qoyan futbol komandasının gənc üzvləri indi yeni problemlə üzləşir. Onlar emosional və psixoloji stress keçirir. Psixi sağlamlıq eksperləri bu dəhşətli təcrübənin yeniyetmələrin həyatlarına təsirini izah edir.

Mən uşaqların əksəriyyətinin bəzi emosional problemlər yaşadığını, mağğrda ikən emosional simptomlarının olduğunu, xilas ediləndən sonra da bu simptomların davam etdiyini düşünürəm.
Andre Danis

Psixiatlar və psixoloqlar deyir ki, gələcək ay və günlərdə Tailandda mağaradan çıxarılan oğlanların ailələrinə normal həyatlarına geri dönən uşaqlarına yaxından nəzarət etmələri barədə xəbərdarlıq ediləcək.

Uşaq travması üzrə mütəxəssis Andrea Danisin dediyinə görə, bəzi oğlanlar stress nəticəsində depressiya, qorxu nevrozu və başqa psixi xəstəliklər keçirə bilərlər.

“Mən uşaqların əksəriyyətinin bəzi emosional problemlər yaşadığını, mağğrda ikən emosional simptomlarının olduğunu, xilas ediləndən sonra da bu simptomların davam etdiyini düşünürəm”- deyə, o bildirir.

Bu çox normaldır və travmatik təcrübələrə normativ reaksiyalardır.

Həkimlər deyir ki, oğlanların bir-birilərindən ayrılmamaları, məşqçiləri ilə bir yerdə qalmaları onlar arasındakı dostluğu gücləndirib və onların əhvalını qaldırıb. Lakin psixiatr Nil Qrinberqin sözlərinə görə, bu ekstremal vəziyyət onların beyinlərində dəyişikliyə, bu isə öz növbəsində onların davranışlarında dəyişimə səbəb olacaq.

Tam Luanq mağarası
Tam Luanq mağarası

“Məsələn bu hadisədən öncə gələcəkdə çox cəsur bir insana çevrilmək ehtimalı olan yeniyetmə, indi artıq daha az risk almaq istəyə bilər. Amma biz bunun əksinə də şahid ola bilərik. Belə ki, belə bir vəziyyətin öhdəsindən gələ bilməyəcəyini düşünən oğlan artıq bunu edə biləcəyini anlaya bilər”, o deyir.

Bu, post-travmatik inkişaf adlanır, yəni bizi öldürməyən hər şey, bizi güclü edir.

XS
SM
MD
LG