Accessibility links

Tailand mağarasından xilas edilən uşaqlar evlərinə dönüb


Bir həftə əvvəl Tailand mağarasından dramatik şəkildə xilas edilən futbol komandasının 12 yeniyetmə və onların məşqçisi nəhayət ailələrinə qovuşmaq üçün evlərinə qayıdıb.

Çenq-Rei şəhərindəki xəstəxanada müalicə olunan “Vəhşi qabanlar” komandasının üzvləri bu gün səhər çıxarılaraq, ilk dəfə ictimaiyyətə görünəcəkləri yerə aparılıb.

Komanda üzvləri bütün ölkə boyu yayımlanan 45 dəqiqəlik veriliş zamanı jurnalistlərin suallarını cavablandıracaq.

Rəsmilər 11-lə 16 yaş arasındakı oğlanların və onların məşqçisinin sağlıq durumunda heç bir problem olmadığını desələr də, həkimlər mağarada iki həftədən çox qaldıqlarına görə onların uzun müddətdə psixoloji travma ala biləcəklərindən narahat olduqlarını bildirib.

İyun ayının sonlarında evlərinə dönməyən komandanın axtarışına başlanılmışdı. Onlara aid velosipedlər və digər əşyalar Tham-Luanq mağarası kompleksinin yaxınlığında tapıldıqdan sonra xilasetmə işləri başlandı və komanda üzvlərinın olduğu yer 9 gündən sonra aşkar edildi.

XS
SM
MD
LG