Accessibility links

Tailandda 12 yeniyetmə futbol oyunçusu və onların məşqçisi xilas edildi


Tailandın dəniz donanması dalğıcları mağara kompleksində 12 yeniyetmə futbol oyunçusu və onların məşqçisi aşkar edib.

Rəsmilərin bildirdiyinə görə, dalğıclar Tham Luanq mağarasında iki istiqamətə ayrılan kəsişməyə çatıb.

Onlar turist mərkəzlərindən biri olan Pattaya çimərliyinə doğru istiqamət alıb. Oğlanların məşqçiləri ilə birgə sığınacaq tapdıqlarına ümid edilirli.

Futbol komandası iyunun 23-dən etibarən itkin düşmüşdü. Onların vilosipedləri və futbol butsları mağaranın girişində, əl izləri isə mağaranın divarlarında aşkar edilmişdi.

Axtarış əməliyyatlarında ABŞ, Avstraliya, Çin və Britaniya komandaları iştirak edib.

Tham Luand mağara kompleksi iyun və oktyabr ayları arasında sürən yağış mövsümündə daşqınlara məruz qalır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG