Accessibility links

Tailandda külli miqdarda narkotik vasitə ələ keçirilib


Tailand rəsmilərinin verdiyi məlumata görə, ölkədə narkotik dalğasının yayıldığı son günlərdə aparılan əməliyyat nəticəsində 29 milyon dollar dəyərində narkotik maddələr ələ keçirilib və 11 nəfər həbs edilib.

Ələ keçirilmiş amfetamin həbləri, kokain, marixuana və ketamin narkotik vasitələri 11 ayrı bağlamanın içərisində yerləşdirilmiş şəkildə tapılıb.

“Avstraliyaya gələn narkotiklər cənub-şərqi Asiya ölkələri vasitəsilə müxtəlif yerlərdən keçir. Buna görə də biz Tailand da daxil olmaqla cənub-şərqi Asiya ölkələri ilə əməkdaşlıq edirik.” – deyə, Avstraliya səfirliyinin əlaqələr üzrə baş zabiti Stefen Fray bildirib.

Tailanda polisi oktyabr ayından bu yana ələ keçirilmiş mindən çox narkotik vasitələri ilə əlaqədar cinayət işini araşdırır. Müqayisə üçün keçən il üçün bu rəqəm 450 idi.

Polis bildirib ki, bazar ertəsi günü Efiyopiyadan Tailanda geri qayıdan qadının daxili orqanlarından 50 ədəd kiçik bağlamalarda kokain aşkarlanaraq götürülüb.

XS
SM
MD
LG