Accessibility links

Tailandda mağaradan ilk dörd oğlan xilas edilib


Tailand hərbi dəniz qüvvələri iki həftədir mağarada ilişib qalmış 12 nəfərdən ibarət futbol komandasının dörd üzvünün oradan çıxarılaraq xilas edildiyini bildirib.

Oğlanların yerli xəstəxanya aparıldığı bildirilir və daha sonra hava vasitəsilə daha böyük xəstəxanaya aparılacağı gözlənilir.

Xarici ölkələrdən 13 və Tailanddan beş dalğıc xilasetmə əməliyyatlarında iştirak edir. Hər oğlan iki dalğıc tərəfindən müşayiət edilir.

Rəsmilər mağarada qalanların hamısının xilas edilməsi üçün iki gündən dörd günə vaxt tələbə oluna biləcəyini bildirib.

Tham Luand mağarasında xilasetmə əməliyyatları davam edir
Tham Luand mağarasında xilasetmə əməliyyatları davam edir

Tailandın şimalında oğlanlar və onların məşqçisinin ilişib qaldığı su ilə dolmuş kiçik mağaranın yerləşdiyi bölgədə yağışlar davam edir. Belə hava şəraitində onların tez zamanda xilas edilməsi vacibdir.

Mağaranın içərisində su səviyyəsinin azaldılması üçün oradan daim nasosla su çıxarılır, lakin yeni yağışlar nəticəsində ərazini yenidən su basa bilər. Bu isə dalğıcların və onların müşayiəti ilə oğlanların üzərək çıxmalı olduqları mağaranın dar keçidlərində su axınının güclənməsinə səbəb ola bilər.

Tailand ordusunun əsgərləri xilasetmə əməliyyatlarının davam etdiyi vaxt Tham Luand mağarasında ilişib qalmış insanlara çatdırılmaq üçün oksigen balonları daşıyır, 7 iyul, 2018.
Tailand ordusunun əsgərləri xilasetmə əməliyyatlarının davam etdiyi vaxt Tham Luand mağarasında ilişib qalmış insanlara çatdırılmaq üçün oksigen balonları daşıyır, 7 iyul, 2018.

11-lə 16 yaş arasında olan oğlanlar və onların məşqçisi dəniz qüvvələri tərəfindən Tham Launq mağarasının dərin dərəsində bu ayın əvvəli aşkar edilib. Onlar iyunun 23-dən itkin düşmüşdü.

Tham Luand mağara kompleksi iyun və oktyabr ayları arasında sürən yağış mövsümündə daşqınlara məruz qalır.

Dünyaya Baxış

Dünyaya Baxış - 26 iyul 2021
please wait

No media source currently available

0:00 0:11:16 0:00

Amerika İcmalı

Amerika İcmalı - 23 İyul 2021
please wait

No media source currently available

0:00 0:29:57 0:00
XS
SM
MD
LG