Tailandın anti-hökumət nümayişçilərinin liderləri hökumətin barışıq planını müsbət qarşılayıb ancaq onların paytaxt Banqkokda iki aydır davam edən nümayişi dayandıracaqlar hələlik məlum deyil. Qırmızı Köynəkli liderlər baş nazir Abhisit Veccacivanın yeni təklifi barədə təfərruatlı məlumat almağa çalışdığına işarə edib. Dünən baş nazir televiziya ilə müraciəti zamanı parlament seçkilərinin vaxtından təxminən bir il əvvəl bu il noyabr ayının 14-də keçiriləcəyini bildirib. Qırmızı Köynəklər barışıq prosesinə razılıq verdiyini bildirsə də, nümayişlərə nə zaman son qoyulacağını açıqlamayıb.
Baş nazir parlament seçkilərinin vaxtından təxminən bir il əvvəl bu il noyabr ayının 14-də keçiriləcəyini bildirib