Accessibility links

Tailandda aşkar edilən yeniyetmələrin evlərinə nə zaman dönəcəyi bəlli deyil


Tailandda 9 gün axtarışda olan yeniyetmələrdən ibarət futbol komandasının üzvləri aşkar edilsə də, evlərinə nə zaman dönəcəkləri bəlli deyil.

11-lə 16 yaş arasında olan oğlanlar və onların məşqçisi dəniz qüvvələri tərəfindən Tham Launq mağarasının dərin dərəsində aşkar edilib.

Rəsmilər oğlanların 9-nun ciddi xəsarətlər aldığını bildirir. Onların xüsusi üzgüçülük maskaları ilə dərədən çıxarılması planlaşdırılır.

Futbol komandası iyunun 23-dən etibarən itkin düşmüşdü. Onların vilosipedləri və futbol butsları mağaranın girişində, əl izləri isə mağaranın divarlarında aşkar edilmişdi.

Axtarış əməliyyatlarında ABŞ, Avstraliya, Çin və Britaniya komandaları iştirak edib.

Tham Luand mağara kompleksi iyun və oktyabr ayları arasında sürən yağış mövsümündə daşqınlara məruz qalır.

XS
SM
MD
LG