Accessibility links

Tailandda atışma: bir əsgər azı 20 nəfəri öldürüb


Tailandda şənbə günü bir əsgər populyar alış-veriş mərkəzində bir neçə insanı güllələyib. Nəticədə azı 20 nəfər ölüb, 31 nəfər yaralanıb. Şübhəli şəxsin özü isə mərkəzdə gizlənib.

Naxon Ratmasimada Savanq Metta Tam Xilasetmə Mərkəzinin üzvü Noppadol Siricanya deyib ki, axşam saat 10-da ölənlərin sayı 16-a çatıb. Polis daha öncə 10-dan çox insanın öldüyünü bildirmişdi.

Hüquq-mühafizə orqanları yaxınlıqlakı xəsətəxanları hazır olmağa, insanları isə qan verməyə çağırıb. İctimai sağlamlıq naziri Anutin Çarnvirakul Facebook-da bildirib ki, bir həkim yaralı insana yardım edərkən güllə atəşinə tuş gəlib.

Silahlı şəxsin alış-veriş mərkəzində insanları girov tutub-tutmadığı və ya içəridə neçə nəfərin qaldığı bəlli deyil.

Noppadol deyib ki, xilasetmə komandası alış-veriş mərkəzində bir neçə saat ilişib qalan 100-dən çox insanı xilas etməkdə müvəffəq olub.

Thait Rath televiziyasında yayımlanan təhlükəsizlik kameraları görüntülərinə əsasən, silahlı şəxsdə hücum tüfəngi olduğu güman edilir. Thair Rath bildirib ki, hadisə təxminən saat 3:30-da başlayıb.

Naxon Ratçasima şəhərinin polis zabiti əsgərin torpaq üzərində mübahisə səbəbilə ilk başqa bir əsgəri və qadını öldürdüyünü və üçüncü şəxsi yaraladığını bildirib. Naxon Ratçasima həm də Korat adı ilə tanınır.

Adlarının açıqlanmasını istəməyən şəhər və məhəllənin polis zabitləri deyib ki, əsgər silahı hərbi bazadan götürüb daha sonra Terminal 21 Korat alış-veriş mərkəzidə doğru gedib və yol boyu atəş açıb. Tailandda bəzi media mənbələri onun hərbi maşın sürdüyünü bildirib.

Alış-veriş mərkəzinin bayırında çəkilən və sosial mediada paylaşılan videoda insanların avtodayanacaqda gizləndiyi göstərilib.

Müdafiə Nazirliyinin sözçüsü general leytenant Konqçip Tantravaniç şübhəli şəxsin serjant Cakrapant Tomma olduğunu bildirib. O deyib ki, polis və ordu bölümləri alış-veriş mərkəzi və ətraf ərazini bağlayıb.

Şübəhli şəxs olduğu güman edilən insan Facebook səhifəsində atışma boyu bir neçə paylaşım edib. O, “heç kəs ölümdən qaça bilməz” və “vaz keçimmi?” yazıb. Daha sonra isə “Mən artıq dayandım” yazıb.

Profil şəklində onun maska taxdığı və hərbi geyimlər geyindiyi, əlində isə tapança olduğu göstərilir.

XS
SM
MD
LG