Accessibility links

Taillandda könüllü zabitlər öldürülüb


Tailandda silahlı şəxslər tərəfindən 15 könüllü zabit öldürülüb. Digər bir hücum zamanı isə 5 nəfər xəsarət alıb.

Ordu sözçüsünün bildirdiyinə görə, hadisə yerlərində qanlı paltarlar aşkar edilib. Bu isə atəş mübadiləsi nəticəsində yaralananlar olduğu deməkdir.

Hücumların koordinasiyalı şəkildə həyata keçirildiyi güman edilir. Belə ki, hadisələrin baş verdiyi Yala vilayətinə daxil olmaq istəyən maşınların təkərlərini partlatmaq üçün yollara mıxlar, dirəklərin işığını kəsmək üçün kiçik qurğular və yanmış təkərlər aşkar edilib.

Tailandda 2004-cü ildən bəri müsəlmanların məskunkaşdığı Pattani, Narativat və Yala bölgələrində baş qadıran müşaqişədə 7 mindən çox adam öldürülüb.

Müsəlmanlar buddistlərin əksəriyyət təşkil etdiyi bu ölkədə onlara ikinci sinif vətəndaşları kimi münasibət göstərildiyindən şikayətlərnir. Separatizm hərəkatları vaxtaşırı intensivləşir.

Ağır basqılar narazılıqları daha da artırır.

XS
SM
MD
LG