Accessibility links

Tayvanda xilasetmə işləri davam edir


Xilasedicilər cümə axşamı Tayvanda son 25 ildə baş verən ən böyük zəlzələ nəticəsində ilişib qalan onlarla insanı qurtarmaya çalışır.

Rəsmilərin bildirdiyinə görə, çərşənbə günü baş verən 7.2 bal gücündəki zəlzələdə tələfat sayı ən azı 9 nəfərə çatıb, 1011 insan yaralanıb. Ən çox ziyan və tələfat Tayvanın dağlıq Hualien mahalında qeydə alınıb.

Ölənlərdən biri Kanq soyadında 33 yaşlı bir məktəb müəllimidir. Onun cəsədi çökən binanın altında tapılıb. Yerli mətbuatda yer alan xəbərlərə görə, Kanq pişiyini xilas etmək üçün ilkin zəlzələdən sonra 45 dərəcə əyilən binaya daxil olub.

Xilasedicilər onun cansız bədənini tapıblar. Şahidlər Tayvanın SET News kanalına bildirib ki, Kanq pişiyi axtarmaq üçün binaya daxil olandan sonra bir neçə saniyə sonra o, tamamilə çöküb.

Zəlzələ həmçinin Hualinə bir neçə əsas nəqliyyat marşrutunu da məhv edib. Hualienlə Tayvanın şimalı arasında tunelə aparan yol tamamilə dağılıb. Rəsmilər şimala gedən dəmir yolunda əməliyyatları dayandırıb, belə ki, onun bir neçə hissəsinə ciddi ziyan dəyib.

Zəlzələ dörd günlük tətildən bir gün öncə baş verib və bu səbəblə də çox sayda səyahətçi ya Hualiendə ilişib qalıb ya da Tayvanın başqa hissələrinə gedə bilmək üçün uzun yollara üz tutublar.

Nəqliyyat nazirliyi hava və dəniz daşımalarının tutumunu artırmağa çalışıb və cümə axşamınadək şimala gedən dəmir yolu səyahətinin bir hissəsini bərpa edəcəyinə söz verib. Ancaq Hualienin bəzi sakinləri deyir ki, onlar təyinat yerlərinə daha mürəkkəb, lakin proqnozlaşdırıla bilən marşrutla getməyi üstün tuturlar.

Haulienin əksər sakinləri zəlzələlərə öyrəşsələr də, bəziləri deyir ki, çərşənbə günü baş verən zəlzələdə ilk dəfə idi ki, onlar qorxdular. “Adətən zəlzələ bir dəqiqə içində dayanır, amma bugünkü zəlzələ 2-3 dəqiqə davam etdi,” Hualiendən 42 yaşlı İan Lin deyib.

“1999-cu il Cici zəlzələsi ilə müqayisədə, bu gün o qədər çox afterşok oldu ki, bu da məni həqiqətən qorxutdu,” O, Amerikanın Səsinə telefonla müsahibəsində deyib.

Tayvanın Mərkəzi Meteorologiya İdarəsi bildirib ki, çərşənbə gününə qədər 150-dən çox afterşok qeydə alınıb. İdarə xəbərdarlıq edib ki, növtəi üç və ya dörd gündə 6.5 və 7 bal arası afterşoklar ola bilər.

Forum

XS
SM
MD
LG