Accessibility links

Tacikistanda Moskvada terror aktında ittiham olunanlar və İslam Dövləti ilə əlaqədə şübhəli bilinən 9 nəfər saxlanılıb


Tacikistanda Krokus Siti Holl-da törədilən terror hücumunda təqsirləndirilən şəxslər və dünyanın bir çox ölkəsində terrorçu kimi tanınan "İslam Dövləti" qruplaşmasının Əfqanıstan bölməsi olan "Vilayəti Xorasan"la əlaqədə şübhəli bilinən 9 nəfər saxlanılıb. Bu barədə Asia-PlusReuters xəbər agentlikləri Tacikistanın təhlükəsizlik orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

Onların hamısı Vəhdət şəhərində saxlanılaraq, Tacikistan Milli Təhlükəsizlik Dövlət Komitəsinin əməkdaşları tərəfindən Düşənbəyə aparılıb. RİA Novosti həbslərdə Rusiyanın təhlükəsizlik qüvvələrinin də iştirak etdiyini yazıb.

Tacikistanın təhlükəsizlik qüvvələri və Rusiya müstəntiqləri bundan əvvəl Krokus-da terror hücumu törətməkdə ittiham olunan şəxslərin yaxınlarını dindirib. Bundan xəbər tutan Ozodi radiosunun jurnalistləri martın 25-i və 26-da həbs olunan Məhəmmədsobir Fayzov, Fəridun Şəmsiddin və Səidəkrəm Rəcəbalizodənin valideynləri və həyat yoldaşlarının yaşadığı Düşənbə, Hisar və Vəhdət şəhərlərinə gediblər, lakin onları orada tapa bilməyiblər.

Krokus-da terror hücumu cümə günü, martın 22-də həyata keçirilib. İstintaq Komitəsinin məlumatına görə, azı 143 nəfər hücumun qurbanı olub. İnsanlardan bir qismini hücumçular güllələyib. Lakin əksəriyyəti yanğın zamanı ölüb. Hücuma görə məsuliyyəti İslam Dövləti qruplaşması öz üzərinə götürüb.

Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov daha əvvəl prezident Putinə 11 nəfərin saxlanılması barədə məlumat vermişdi. Onların arasında "terror aktında bilavasitə əli olan 4 terrorçu" da var. Onlar Tacikistandan olan Dalerjon Mirzoyev, Sayidəkrəm Raçabalizod, Şəmsidin Fəridun və Muhəmmədsobir Fayzovdur. Onlar məhkəmə qarşısına amansız işgəncə izləri ilə çıxarılıb və hamısı istintaq təcridxanasına göndərilib.

Bundan başqa, məhkəmə iş üzrə təqsirləndirilən daha 4 şəxs - Aminçon və Dilovar İslamov qardaşları və onların atası İsrail İslamov, həmçinin terror aktı iştirakçılarına mənzil kirayə vermiş Qırğızıstan əsilli Əlişir Kasımov həbs edilib.

Martın 29-da Rusiya İstintaq Komitəsi "terrorun maliyyələşdirilməsi sxemində" iştirak etdiyi iddia edilən daha bir şübhəlinin həbsi barədə məlumat yayıb.

Forum

XS
SM
MD
LG