Accessibility links

Qırğızıstan sərhəddə qarşıdurma zamanı 59, Tacikistan isə 60-dan çox insanın öldüyünü bildirir


Qırğızıstan sərhəddə silahlı qarşıdurma zamanı 59 nəfərin, Tacikistan isə 60-dan çox insanın öldüyünü bəyan edib. Qırğızıstanda sentyabrın 19-u rəsmi olaraq matəm günü elan edilib, Tacikistanda isə münaqişə qurbanlarının xatirəsinin sentyabrın 20-də yad ediləcəyi bildirilib.

Qırğızıstanın Səhiyyə Nazirliyinin məlumatına görə, Batken səhiyyə müəssisələrində daha 13 nəfərin cəsədi qəbul edilib. Nazirlik beləliklə, münaqişə qurbanlarının ümumi sayının 59 nəfər, yaralananların ümumi sayının isə 163 nəfər olduğunu bildirib.

Qırğızıstan prezidenti Sadır Japarov sentyabrın 19-u Tacikistanla münaqişədə həlak olanların xatirəsinə milli matəm gününün elan edilməsi ilə bağlı sərəncam imzalayıb. Bütün ölkə boyu və xaricdəki diplomatik və konsulluq idarələrinin binalarında bayraqlar yarıya endiriləcək.

Tacikistan Demokrat Partiyasının lideri, parlamentin aşağı palatasının deputatı Saidjafar Usmonzodanın bildirdiyinə görə, Tacikistan-Qırğızıstan sərhədində münaqişədə ölkənin 60-dan çox vətəndaşı həlak olub. O, sentyabrın 20-si milli matəm gününün elan edilməsini təklif edib.

Tacikistan Xarici İşlər Nazirliyi bir gün əvvəl ilk dəfə Tacikistan tərəfdən olan qurbanların sayını açıqlayıb. Nazirliyin məlumatına görə, 35 nəfər ölüb, 25 nəfər yaralanıb. Düşənbənin bildirdiyinə görə, onların arasında qadın və uşaqlar da var.

Sentyabrın 14-də iki ölkə arasındakı sərhəddə vəziyyət kəskin şəkildə pisləşib. Tərəflər növbəti qarşıdurmaya görə bir-birini günahlandırıb. Həmin gün günorta atəşkəs əldə edildikdən sonra şənbə günü gecə ciddi insident olmayıb. Lakin sentyabrın 17-də tərəflər sərhəddə yenidən atışmalar olduğunu bəyan edib.

Qırğızıstanla Tacikistan arasında sərhədin uzunluğu 970 kilometrdir. Bunun 519 kilometri dəqiqləşdirilib, qalanı isə hələ də qeyri müəyyən qalıb. Qırğızıstanın Batken vilayəti ilə Tacikistanın Suqdiy vilayəti arasında olan hissələr mübahisəli olaraq qalır. Belə ki, oradakı kəndlərin, hətta bəzən iki respublikanın sakinlərinin evlərinin yan-yana yerləşməsi sərhəd xəttinin müəyyənləşdirilməsini çətinləşdirir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG