Accessibility links

ABŞ-ın humanitar yardım daşıyan gəmisi Filippinə çatıb


ABŞ-ın USS Corc Vaşinqton hərbi gəmisi Hayan tufanından zərər çəkmiş insanlara humanitar yardımla Filippinə çatıb.

Yük təyyarələri tayfunun baş verdiyi Takloban şəhərinə göndərilən yardımı ən tez zamanda çatdırmağa çalışır.

Pentaqon rəsmiləri bildirir ki, yük təyyarəsi və əlavə dörd gəmi Leytə körfəzinə çatıb.
ABŞ briqada generalı Pol Kennedi və onun başçılıq etdiyi qrup artıq Taklobandadır.

General Kennedi Amerikanın səsinə bildirib ki, ABŞ hərbi qüvvələri 50 ton humanitar yardımı Taklobana çatdırıb.

Rəsmilər bildirir ki, dəmir yollarının dağılması və limanların sıradan çıxması yardımın çatdırılması qarşısında mane yaradır.

Minlərlə insan Manilaya uçmaq üçün Taklobanın kiçik hava limanına toplaşıb.

Ölkə rəsmiləri ölüm sayının 1774-ə çatdığını və minlərlə insanın itkin düşdüyünü deyib. Rəsmilər ilkin olaraq 10 min insanın həyatını itirdiyini bildirmişdi. Ancaq Filippinin prezidenti Benino Aquino ölüm sayının aşağı olacağını gözlədiyini deyib.

İnkişaf etmiş ölkələr on miliyonlarla dollar yardım vəd edib. BMT tayfundan xilas olanlara kömək üçün beynəlxalq təşkilatları 301 milyon dollar məbləğində yardım ayırmağa çağırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG