Accessibility links

İraq hərbçiləri Tal Afar şəhərinin mərkəzini militantlardan azad ediblər


İraq hərbçiləri İŞİD döyüşçülərinin Tal Afar şəhərinin 70 faiz ərazisindən geri çəkilməsinə nail olublar. Rəsmilərin və hərbi rəhbərliyin şənbə günü yaydığı məlumatda deyilir ki, bu şəhər, İraqın şimal-qərbində döyüşən militantlar üçün strateji əhəmiyyat daşıyır.

İŞİD-in vaxtılə nəzarət etdiyi Mosul və Suriya arasındakı yolun üzərində yerləşən Tal Afar şəhərinin azadedilməsi əməliyyatları avqustun 20-si başladılıb.

İraqın birgə əməliyyatlar komandanlığının bəyanatında bildirilir ki, elitar Əks-Terrorizm Xidməti şəhərin qalasını azad edərək, qala binalarının üzərinə İraq bayraqları asıb.

Osmanlı dövründən qalan Tal Afar qalasının əksər hissəsi İŞİD militantları tərəfindən 2014-cü ilin sonu dağıdılmışdı.

Şəhər Mosuldan 80 kilometr qərbdə yerləşir və İŞİD-in rəhbər döyüşçülərinin əksəriyyətin hazırlaşdırıldığı yer hesab edilir.

Tal Afar şəhərinin müharibədən öncəki əhalisi 200,000 nəfər idi. Mosul şəhərinin azad edilməsindən sonra, Tal Afar, İŞİD üzərində döyüşlərdə əsas strateji hədəfdir.

ABŞ və İraq hərbi komandanların verdiyi məlumata görə, hal-hazırda Tal Afar şəhərində 2,000-ə qədər militant və 10,000-20,000 arası mülki əhali var.

XS
SM
MD
LG