Accessibility links

Siyasi məhbus Salar Tahir Əfşar həbsxanasınaya qaytarılıb


Güneyli siyasi məhbus Salar Tahir Əfşar 5 günlük məzuniyyətinin bitməsilə Urmiyə Mərkəzi Həbsxanasına qaytarılıb.

İnsan haqları sahəsində fəaliyyət göstərən HRA xəbər agentliyinin məlumatına görə, Salar Tahir Əfşar həbsxanaya iyunun 19-da qayıdıb. O, 300 milyon tümənlik girov müqabilində iyunun 14-də məzuniyyətə buraxılmışdı.

Urmiyəli milli fəal april ayının 19-da təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq birillik həbs cəzasını çəkmək üçün Urmiyə Həbsxanasına köçürülüb.

Əfşar "sistemə qarşı təbliğat aparmaq" ittihamı ilə təxminən 2 aydır həbsdədədir. Türk fəal İkinci Qarabağ Müharibəsi zamanı İran Azərbaycanında keçirilən Azərbaycana dəstək mitinqləri ilə əlaqədar həbs edilərək ilkin məhkəmə tərəfindən "sistemə qarşı təbliğat aparmaq" və "qanunsuz etiraz aksiyası təşkil etmək" ittihamlarından 4 il həbs cəzasına məhkum edilmişdi. Daha sonra Qərbi Azərbaycan Apellyasiya Məhkəməsinin hakimləri Əlipur və Rəcəbinin sədrliyi ilə Tahir Əfşarın 4 illik həbs müddəti bir ilə endirilmişdi.

Salar Tahir Əfşar daha öncə də dincə fəaliyyətlərindən dolayı saxlanılaraq müxtəlif cəzalara məhkum edilmişdi. O, İranda kütləvi noyabr etirazlarında fəallıq nədəniylə 8 ay həbs və 20 qamçıya məhkum edilmişdi.

Tahir Əfşar 2018 iyulda Urmiyə polisinin təhlükəsizlik qüvvələri tərəfindən 12 gün həbsdə saxlanılmış, daha sonra "hökumətin müxalifət qruplarına üzv olmaq" ittihamı ilə bir milyon tümən pul cəzasına məhkum edilmişdi.

Amerika İcmalı

Amerika İcmalı - 30 İyul 2021
please wait

No media source currently available

0:00 0:30:18 0:00
XS
SM
MD
LG