Accessibility links

Tale Bağırovun cinayət işi üzrə hazırlıq iclası olub


Tale Bağırov
Tale Bağırov

Yanvarın 26-da Bakının Qaradağ rayon Məhkəməsində hakim Rufan Mürsəlovun sədrliyi ilə Müsəlman Birliyi Hərəkatının sədri, ilahiyyatçı Tale Bağırova qarşı açılmış cinayət işi üzrə hazırlıq iclası olub.

Taleh Bağırov 2015-ci il noyabrın 26-da Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi xüsusi əməliyyat zamanı həbs olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bağırov 20 il müddətinə azadlıqdan məhrum edilib.

2017-ci il dekabrın 27-də Qobustan qapalı həbsxanasında saxlanılan “Müsəlman Birliyi” Hərəkatının lideri Taleh Bağırova Cinayət Məcəlləsinin 317-2.1 maddəsi (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi) ilə yeni ittiham elan edilib.

İttihama əsasən onun üzərindən 2017-ci il iyulun 31-də yeddi ədəd “microSD” tipli yaddaş kartları aşkar edilib. Keçirilmiş ekspertizalarda həmin kartlarda Qurani Kərim, Quran təsviri və başqa məlumatların olması göstərilib.

Taleh Bağırov özünü təqsirli bilmir, ittihamı qəbul etmir.

Vəkil Fariz Namazlıbu günki məhkəmədə ittihamın əsassız olduğunu bildirib və cinayət işinə xitam verilməsini istəyib. Hakim vəsatəti təmin etməyib.

Tale Bağırov cinayət işinin siyasi motivli olduğunu deyib. Onun sözlərinə görə, üzərində aşkar edilən "yaddaş kartı" Qobustan həbsxanası da daxil olmaqla, istənilən cəzaçəkmə müəssisəsində məhkumlar tərəfindən istifadə olunur.

"Əgər "flash kart" saxlamaq cinayət əməlidirsə, məndə radio da var, onu niyə almırlar? Bunlar müstəntiqin uydurmasıdır. Bu cinayət işi də siyasi sifarişdir. Mən özümü burada müttəhim yox, xitabət kürsüsündə hiss edirəm", o qeyd edib.

Məhkəmə baxışı fevralın 6-na təyim edilib.

XS
SM
MD
LG