Accessibility links

Taleh Bağırova qarşı yeni cinayət işi başlanıb


Taleh Bağırzadə
Taleh Bağırzadə

Qobustan qapalı həbsxanasında cəza çəkən "Müsəlman Birliyi" Hərəkatının sədri Taleh Bağırov barəsində Ədliyyə Nazirliyinin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 317-2-ci (cəzaçəkmə müəssisəsində və ya istintaq təcridxanasında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanması) maddəsi ilə cinayət işi başlanıb.

Bu barədə Amerikanın Səsinə vəkil Cavad Cavadov bildirib.

Onun sözlərinə görə, Taleh Bağırov cinayət işini aparan müstəntiq vasitəsi ilə onunla əlaqə saxlayıb və vəkili olmasını xahiş edib.

“Müstəntiq mənə zəng edib bildirdi ki, Bağırov barəsində cinayət işi başlanıb. Ona dövlət vəkili təyin edilib və Bağırov dövlət vəkilindən imtina edib. O mənim onun hüquqlarını müdafiə etməsini istəyib. Mən artıq müqavilə bağlamışam, dekabrın 27-də müstəntiqlə birgə onunla görüşəcəm”, Cavadov qeyd edib.

Vəkil həmçinin cinayət işinin mahiyyəti ilə bağlı məlumatslız olduğunu deyib. “Sabah Taleh Bağırovla görüşümdən sonra cinayət işinin başlanmasının mahiyyəti ilə bağli məlumat verəcəm”, vəkil bildirib.

Taleh Bağırov 2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi xüsusi əməliyyat zamanı həbs olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bağırov 20 il müddətinə azadlıqdan məhrum edilib.

XS
SM
MD
LG