Accessibility links

Taleh Heydərov "Qəbələ" İdman Klubunun prezidenti vəzifəsindən istefa verib


Aprelin 10-da "Qəbələ" İdman Klubunun prezidenti Taleh Heydərov tutduğu vəzifədən istefa verib. Bu barədə “Qəbələ” İdman Klubunun rəsmi saytında məlumat yayılıb.

Məlumatda deyilir ki, Taleh Heydərov 2006-cı ildən "Qəbələ" İdman Klubunun prezidenti vəzifəsində fəaliyyət göstərib.

Amma rəsmi məlumatda istefanın səbəbləri göstərilmir.

“Qəbələ” İdman Klubuna bundan sonra kimin başçılıq edəcəyi barədə də məlumat yayılmayıb.

Taleh Heydərov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğludur.

“Qəbələ” İdman Klubu 1995-ci il iyulun 3-də “Qəbələ” Peşəkar Futbol Klubunun əsasının qoyulması ilə fəaliyyətə başlayıb.

“Qəbələ” İdman Klubuna futbol komandası ilə yanaşı, futbol akademiyası, “Qəbələ TV”, boks, taekvondo, cüdo, sambo, karate, əlbəyaxa döyüş, həmçinin atıcılıq üzrə bölmələr daxildir.

"Qələbə" İdman Klubununun idmançıları Bakı-2015 Birinci Avropa Oyunlarında 2-si qızıl olmaqla, 5 medal qazanıb. Braziliyanın Rio-de-Janeyro şəhərindəki Yay Olimpiya Oyunlarını “Qəbələ” idmançıları üç medalla başa vurub. Boksçular Lorenso Sotomayor gümüş, Kamran Şahsuvarlı bürünc medal qazanıb, taekvondoçu Milad Beiqi Harçeqani də 3-cü yeri tutub. 2017-ci ildə Bakıda təşkil olunan İslam Həmrəyliyi Oyunlarında klubun idmançıları 19 medal qazanıb.

Klub gəlirləri və xərcləri barədə indiyədək məlumat yaymayıb. Amma müşahidəçilər klubun xərclərinin milyonlarla manat olduğunu düşünür.

İdman klubunun sponsorları "Jalə" meyvə şirələri, “Qafqaz” Hotellər Qrupu, SARAR geyim şirkəti, AVİS avtomobil satışı şəbəkəsi, ACİBADEM Klinika şəbəkəsi, Joma-Sport İdman geyimləri şirkətidir.

XS
SM
MD
LG