Accessibility links

İlahiyyatçı Taleh Bağırovun məhkəməsi başlayıb


İlahiyyatçı Taleh Bağırovun məhkəməsi
İlahiyyatçı Taleh Bağırovun məhkəməsi

O narkotik saxlamaqda ittiham olunur. Bağırov həbsini siyasi sifariş sayır

Bakının Sabunçu rayon məhkəməsində ilahiyyatçı alim Taleh Bağırovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Vəkil Cavad Cavadov Amerikanın Səsinə bildirib ki, hazırlıq iclasında 3 vəstaət qaldırılıb. Vəsatətlər Taleh Bağırov barəsində həbs qəti imkan tədbirinin sentyabrın 30-da bitməsinə baxmayaraq, 14 gündən artıq qanunsuz həbsdə saxlanılması, həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması, bəzi sübutların istintaq materiallarından çıxarılması barədə olub.
Lakin hakim vəsatətlərin heç birini etməyib.

Bundan sonra hakim məhkəmə baxışını oktyabrın 28-nə təyin edib.

Vəkil məhkəmənin qarşısında izdiham olduğunu və ilahiyyatçının tərəfdarlarının həbsə etiraz etdiyini bildirib.

Talır Bağırov Cinayət Məcəlləsinin 234.1 (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham olunur.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Taleh Bağırovun üzərindən 1,026 qram heroin götürülüb.

Taleh Bağırov ittihamı qəbul etmir və həbsinin siyasi sifarişli olduğunu deyir.
XS
SM
MD
LG