Accessibility links

Taleh Bağırov cərimə kamerasına salınıb [Video]


Taleh Bağırov
Taleh Bağırov

Bu “Müsəlman Birliyi” Hərəkatının rəhbərinin “Məhərrəm ayı” ilə bağlı müraciət yaymasından sonraya təsadüf edir

“Müsəlman Birliyi” Hərəkatının həbsdə olan rəhbəri Taleh Bağırov cərimə kamerasına (karser) salınıb. Bu barədə Bağırzadə oktyabrın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Nardaran işi” ilə bağlı keçirilən məhkəmə iclasında bildirib.

Vəkil Yalçın İmanov Amerikanın Səsinə deyib ki, Taleh Bağırov məhkəmədə oktyabrın 4-də 5 gün müddətinə cərimə kamerasına salındığını bildirib.

“Mənim Məhərrəm ayı ilə bağlı müraciətim mətbuatda dərc edildikdən sonra saxlandığım 1 saylı Bakı İstintaq Təcridxanasında kamerama gəldilər və müraciəti yaymağımın səbəblərini soruşdular. Bundan sonra guya kamerada axtarışa mane olduğum adı ilə mənim 5 gün müddətinə cərimə kamerasına salınmağım barədə qərar qəbul edilib”, vəkil Bağırova istinadən bildirib.

Vəkil Bağırova istinadən həmçinin deyib ki, bu əslində ilahiyyatçıya qarşı irəli sürülən ittihamın mahiyyətinə də eyham vurur.

“Bağırov əvvəldən də bildirirdi, siyasi tənqidinə görə həbsə salınıb və Nardaran hadisələrinin əslində kökü də bununla bağlıdır. Bu bir daha sübut edir ki, Bağırovun həbsi məhz siyasi hakimiyyəti sərt tənqid etməsi ilə bağlıdır”, İmanov qeyd edib.

Bu gün “Nardaran işi” üzrə məhkəmə prosesi davam etdirilib. Təqsirləndirilən Abbas Hüseynov prokurora etiraz edib. Məhkəmə bu vəsatəti müşavirədə həll etmək üçün qısa fasilə verib. Prokurorun hakimlərlə birgə müşavirəyə yollanması təqsirləndirilənlər və onların vəkilləri tərəfindən etirazla qarşılanıb.

Taleh Bağırov cərimə kamerasına salınıb
please wait

No media source currently available

0:00 0:01:28 0:00

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG