Accessibility links

Talibanın ali lideri ilk dəfə ictimaiyyət qarşısında çıxış edib


Talibanın ali lideri Haibatullah Axundzadə Əfqanıstanın cənubunda yerləşən Qəndahar şəhərində tərəfdarlarının önündə çıxış edib. Bu barədə bazar günü rəsmilər məlumat verib. Bu onun 2016-cı ildə qrupun nəzarətini ələ keçirəndən bəri ictimaiyyət qarşısında ilk çıxışıdır.

Axundzadə 2016-cı ildən bəri islamçı hərəkatın ruhani rəhbəridir, amma hətta qrup avqust ayında hakimiyyəti ələ keçirəndən sonra belə uzaq qalıb.

Onun diqqət mərkəzindən uzaq durması onun yeni Taliban hökumətindəki rolu ilə bağlı spekulyasiyalara səbəb olub və hətta öldüyüna dair şayiələrin yayılmasına gətirib çıxarıb.

Talibanın lideri Molla Habiatullah Axundzadə
Talibanın lideri Molla Habiatullah Axundzadə

Taliban rəsmilərinin bildirdiyinə görə, şənbə günü o, Darul Ulum Həkimə mədrəsəsini ziyarət edərək orada “cəsur əsrəgləri və davamçıları” ilə danışıb.

Tədbirin keçirildiyi yerdə təhlükəsizlik tədbirləri gücləndirilib və tədbirdən heç bir şəkil və video yayılmayıb və ancaq Talibanın sosial media hesablarında 10 dəqiqəlik audio yazı paylaşılıb.

Həmin audi yazıda “Əmir əl-Möminin” möminlərin sərkərdəsi adlandırılan Axundzadə dini mesajla çıxış edir.

Çıxışda siyasi təşkilat müzakirə olunmasa da, Allahın Taliban rəhbəliyinə xeyir-duası istənir.

O, ölən və yaralanan Taliban döyüşçüləri və İslam Əmirliyinin bu “böyük sınaqda” müvəffəq olması üçün dua edir.

Hərbi komandir yerinə daha çox ruhani lider olaraq xidmət göstərmək üçün seçildiyi güman edilən Axundzadənnin bəyanatları onun yeni hökumətdə daha mərkəzi rol oynamağı planlaşdırdığına dair spekulyasiyaları artıracaq.

Birləşdirici fiqur

Axundzadə 2016-cı ildə sələfi Molla Axtar Mənsurun ABŞ-ın dron hücumu nəticəsində ölməsindən sonra hakimiyyət dəyişikliyi nəticəsində aşağı profilli din xadimindən Talibanın liderinə çevrilib.

Axundazadı lider təyin olunandan sonra Əl-Qaidənin rəhbəti Ayman əl-Zəvvarinin dəstəyini qazanıb. O ruhaniyə təriflər yağdıraraq, onu “inanclıların əmiri” adlandırıb.

Axundzadəyə Akhtarın qətlindən və rəhəbrliyin hərəkatın qurucusu Molla Ömərin ölümünü illərdə gizlədiyinin üstü açılandan sonra hakimiyyət uğrunda gedən mübarizə nəticəsində qısa bir müddət parçalanan Taliban hərəkatını birləşdirmək öhdəliyi verilmişdi.

Onun ictimai çıxışları, İslam bayramnlarında mesajlarla məhdud idi və Axundzadənin vaxtının böyük bir hissəsini Qəndaharda keçirdiyi deyilir.

O ən son mesajında sentyabrın 7-də Kabildə təyin olunan yeni Taliban hökumətinə Əfqanıstanı idarə edərkən şəriət qanunlarına əməl etmələrini söyləyib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG