Accessibility links

Pakistan Talibanı atəşkəsi uzadır


Talibanın Pakistan qolu bir aylıq atəşkəs razılaşmasını uzatdığını bildirib.

Taliban sözçüsü Şəhidullah Şəhid cümə günü yaydığı bəyanatda atəşkəsin aprel ayının 10-na qədər uzadıldığını deyib.

Militantlar martın 1-də atəşkəs elan edərək hökumətlə sülh danışıqlarının bərpasına qərar verib.

Atəşkəsin uzadılması Pakistan hökümətinin 16 taliban militanını həbsdən azad etməsindən sonraya təsadüf edir.

Baş nazir Nəvaz Şərif keçən il hakimiyyətə gələrək ölkədə zorakılıqları dayandıracağına söz verib.

Hökümət qüvvələri ölkənin şimal-qərbində militanların gizləndiyi ərazilərə havadan atəş açmışdı.

Talibanın Pakistan qolu höküməti devirərək ölkədə İslamçı hakimiyyət qurmağı hədəf götürüb. Militant hücumları nəticəsində on minlərlə pakistanlı həyatını itirib.
XS
SM
MD
LG