Accessibility links

Talibanın törətdiyi partlayış nəticəsində xəstəxana dağılıb


Talibanın Əfqanıstan Kəşfiyyat Xidmətinin Zabul vilayətinin paytaxtı Qalatdakı qərargahı yaxınlığında törətdiyi bomba partlayışı nəticəsində azı 39 nəfər ölüb,140-dan çox insan yaralanıb.

Vilayət hökumətinin sözçüsü Gül İslam Seyal bildirib ki, qadınlar və uşaqlar da daxil olmaqla hadisə qurbanlarının çoxu yaxınlıqdakı xəstəxanada müalicə olunan xəstələr olub.

Mülki əhali Əfqanıstanda baş verən zorakılıqlarla qarşılaşır. BMT-nin verdiyi məlumata görə, bu il mülki vətəndaşlar arasında rekord sayda itkilər qeydə alınıb. BMT-nin Əfqanıstana Yardım Missiyası 2019-cu ilin ilk altı ayı ərzində 1366 mülki vətəndaşın öldüyü, 2446 nəfərin isə yaralandığı haqda məlumat verib.

Taliban çərşənbə günü Əfqanıstanın şərqində Calalabad şəhərində şəxsiyyət vəsiqələrinin verildiyi mərkəzdə və çərşənbə axşamı günü 50 nəfərin ölümülə nəticələnmiş başqa iri hücumlar törədib. Bu hücumlardan biri prezident Əşrəf Qaninin Pərvan şəhərində seçki mitinqi zamanı baş verib.

Taliban hücumları Əfqanıstanda sentyabrın 28-də keçiriləcək prezident seçkilərindən əvvəl törədib. Taliban komandirləri ABŞ-la üsyançı qrup arasında sülh danışıqlarının baş tutmamasından sonra prezident seçkilərini zorakı şəkildə pozacaqlarına söz veriblər.

XS
SM
MD
LG