Accessibility links

Talibanın zorakılıqları artdıqca, əfqanlar Türkiyəyə axın edir


Talibanın zorakılıqları artdıqca, əfqanlar Türkiyəyə axın edir
please wait

No media source currently available

0:00 0:02:49 0:00

Bu insanlar 20 gün ərzində isti havada Əfqanıstan və İrandan piyada keçərək Türkiyənin Van vilayətinə gəlib çatıblar.

Onlar son günlərdə Əfqanıstan hökuməti ilə Taliban arasında silahlı qarşıdurmanın artması səbəbindən ölkələrini tərk edən minlərlə əfqanların bir hissəsidir.

Əfqan qaçqın Səkinə bildirir ki, "Biz dağlarda gecələyirdik, gündüzlər yemək və su olmadan günəşin altında yerimək məcburiyyətindəyik. Ayaqlarımızın hər yeri qabar bağlayıb. Gecələri soyuq, gündüzlər isə olduqca istidir".

Vandakı Türkiyə rəsmiləri İrandan keçən 34 mindən çox qaçqının qeydiyyata alındığını və onların əksəriyyətinin əfqan olduğunu bildirir.

Təxminən 1456 qaçqın və 11 qaçaqmalçı sərhədi qanunsuz keçdiklərinə görə həbs olunub.

Van Vəkillər Kollegiyasının İmmiqrasiya və Qaçqın Komissiyasından Bəxtiyar Kandeger deyir ki, “Sərhədi qanunsuz keçən qaçqınlar adətən türk mühafizəçiləri tərəfindən saxlandıqdan sonra geriyə göndərilir. Bu qanuni bir hal deyil. Bu qeyri-qanunidir”.

İnsnalar sərhədi keçib Türkiyəyə daxil olduqan sonra onları saxlayan polis və ya jandarmeriya onların şəxsiyyətlərini müəyyən edib, barmaq izlərini götürdükdən sonra qeydiyyata alıb sistemə salmalıdır.

Amerikanın Səsinin əldə etdiyi məlumata görə qaçaqmalçılar tez -tez əfqanları Pakistanın Bəlucistan əyalətindən keçirərək təhlükəli yollarla İrana daha sonra isə Türkiyəyə gətirir.

Son hədəfin Avropa olduğu bu yolda təhlükəyən ən açıq olanlar isə uşaqlardır.

Digər əfqan qaçqın Rıza gözyaları içində gəldikləri yolu tərfi edir. "Gecə uzunu hara getdiyimizi bilmədən yeridik. Səhralar və yollarla yeridik. Sahibsiz itlər ətrafımızda fırlanırdı. Uşaqlar həqiqətən qorxurdular. İtlər bizi təqib edirdilər və az qala uşaqları qapacaqdılar. Bir məscidə getdik və iki saat orada yatdıq, sonra yenidən yola çıxdıq. Allah bizə kömək olsun".

Dünya boyu qaçqınların və sığınacaq axtaranların təxminən 3 milyonu əfqandır.

Beynəlxalq Miqrasiya Təşkilatı bildirir ki, müttəfiq qüvvələr Əfqanıstandan geri çəkilməyə başladıqdan və Taliban hücumlarını artırdıqdan sonra sərhədi qanunsuz keçən əfqanların sayı may ayından indiyədək 30-40 faiz artıb.

Əfqanıstandan yeni qaçqın axını ABŞ qüvvələrinin 31 avqusta tarixinə qədər oradan geri çəkilməsi ilə başlayıb.

ABŞ qüvvələri çəkildikcə Taliban daha çox ərazini ələ keçirir. Militantların Əfqanıstan hökuməti ilə münaqişənin sülh yolu ilə həllinə razılaşıb -razılaşmayacaqları hələ ki bəlli deyil.

XS
SM
MD
LG