Accessibility links

“Taliban”ın tərkibində olduğu bildirilən iki Azərbaycan vətəndaşı həbs edilib


Yəhya Məmmədov və Elnur Cəbiyev
Yəhya Məmmədov və Elnur Cəbiyev

Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) "Taliban" hərəkatının qanunsuz silahlı birləşmələrinin tərkibində olmuş Azərbaycan vətəndaşları
Yəhya Məmmədovu, Elnur Cəbiyevi və qeyrilərini həbs edib.

DTX-nin məlumatında deyilir ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Yəhya Məmmədov və Elnur Cəbiyevin müvafiq olaraq 2010-cu ilin noyabr və dekabr aylarında ölkəni tərk edərək əvvəlcə İrana, oradan isə qeyri-leqal yollarla Pakistana keçdikləri və həmin ölkənin Şimali Vəziristan və Uruqzay vilayətlərində “Taliban” hərəkatına tabe olan “Səlahəddin” camaatının tərkibində qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak etdikləri məlum olub.

Qeyd olunan faktlarla bağlı DTX-də başlanılan cinayət işi üzrə Yəhya Məmmədov və Elnur Cəbiyev saxlanılaraq Azərbaycan Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasından kənarda qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

DTX həbs edilən şəxslərlə bağlı video da yayıb.

Saxlanılan şəxslərin ailə üzvləri və vəkilləri hələ DTX-nin məlumatına münasibət bildirməyib.

2007-ci ildən bəri Əfqanıstanda, İraqda və Suriyada qanunsuz silahl dəstələrin tərkibində döyüşdüyü deyilən onlarla Azərbaycan vətəndaşı məhkum edilib.

XS
SM
MD
LG