Taliban Qərbin dəstəklədiyi keçmiş hökumətdə səsverməyə nəzarət edən Əfqanıstanın seçki komissiyasını ləğv edib, deyə islamçı hökumətin sözçüsü şənbə günü bildirib.
“Bu komissiyaların mövcud olub, fəaliyyət göstərməsinə ehtiyac yoxdur,” Taliban hökumətinin sözçüsü Bilal Kərimi Müstəqil Seçki Komissiyası və Müstəqil Seçki Şikayətləri Komissiyasına istinadən bildirib.
“Ehtiyac olsa, İslam Əmirliyi bu komissiyaları yenidən canlandıracaq,” o əlavə edib.
Taliban avqst ayında ABŞ və müttəfiqlərinin ordularını ölkədən çıxardığı zaman Qərbin dəstəklədiyi hökumətin devrilməsinin ardınca hakimiyyəti ələ keçirib.
Seçki Komissiyasının vebsaytına əsasən, komissiya prezident seçkiləri daxil olmaqla hər cür seçkiləri keçirib, onlara nəzarət etmək səlahiyyəti verilmişdi.
Tələsik qərar
Onlar bu qərarı tələsik veriblər…və komissiyanı ləğv etməyin böyük nəticələri olacaq,” keçmiş rejim çökənə qədər panelə başçılıq edən Auranqzeb deyib.
“Əgər bu quruluş olmasa, 100 faiz əminəm ki, Əfqanıstanın problemləri heç vaxt həll olunmayacaq, çünki seçki olmayacaq,” Auranqzeb deyib.
Keçmiş rejimdə yüksək vəzifəli siyasətçi olan Həlim Fridai deyib ki, seçki komissiyasını ləğv etmək qərarı Talibanın “demokratiyaya inanmadığını” göstərir.
Onlar bütün demokratik institutlara qarşıdır. Onlar seçki bülleti deyil, qüllələrlə güc alırlar,” son iyirmi ildə dörd vilayətin qubernatoru olan Fridai deyib.
Taliban hakimiyyəti ələ keçirmədən əvvəl seçki komissiyasının bir neçə rəsmisi ekstremist qruplar tərəfindən qətlə yetirilmişdi.
Nazirliklər ləğv edilib
Kərimi deyib ki, rəsmilər bu həftə həmçinin iki hökumət idarəsini ləğv edib. Bunlar Sülh Nazirliyi və Parlament İşləri Nazirliyidir.
Mühafizəkar Taliban sabiq administrasiyanın Qadın Məsələləri Nazirliyini bağlayıb və onu Əxlaqın Təşviqi və Nöqsanların Qarşısının Alınması Nazirliyi ilə əvəz ediblər.