Accessibility links

Taliban Əfqanıstanın Xavaja Qhar bölgəsindəki hərbi bazaya hücum edib


Taliban yaraqlılarının Əfqanıstanın Xavaja Qhar bölgəsindəki hərbi bazaya hücumu nəticəsində 30 əsgər həlak olub, 17 əsgər yaralanıb.

Rəsmilər Amerikanın Səsinə sübh çağı həyata keçirilən hücum nəticəsində ölənlər olduğunu təsdiq edib. Yaraqlıların hərbi təchizatı ələ keçirmək səylərinin baş tutduğu bildirilib.

Yerli hökumət sözçüsü Sunatulla Timuri hücumdan sonra qızğın döyüşlər getdiyini, döyüşlərə Əfqanıstanın hava qüvvələrinin yardım etdiyini bildirib.

ANA bazası Talibanın nəzarətində olan Qunduz vilayətinin Dəşte-Arçi rayonunun darvazası hesab edilir.

Talibanın jurnalistlərə verdiyi bəyanatda 70 əfqan əsgərinin öldürüldüyü iddia edilir. Qrup bir neçə tank, zirehli maşınlarla yanaşı, silah ələ keçirdiyini bildirib.

Əfqanıstanın Müdafiə Nazirliyi Qəzni vilayətində Talibanın görüşünün havadan hədəf alındığını, 24 yaraqlının öldürüldüyünü və 17-nin yaralandığını bəyan edib.

Nazirliyin bəyanatında deyilir ki, öldürülənlər arasında 1996-2001-ci illər ərzində Talibanın naziri olmuş Əmir Xan Mutaqi də var.

Taliban bəyanatı rədd edərək, bunu düşmən təbliğatı adlandırıb.

XS
SM
MD
LG