Accessibility links

Taliban Əfqanıstan müxalifətinə qarşı yeni irəliləyişlər əldə etdiyini iddia edir


Taliban şənbə günü qüvvələrinin Əfqanıstanda İslamçı qruplaşmaya qarşı müqavimət göstərən son vilayət olan Pəncşir Vadisinin şimalındakı bir neçə rayonu ələ keçirdiklərini iddia edib.

Taliban səlahiyyətliləri gecə boyu irəliləyişlər nəticəsində bir neçə gün davam edən döyüşlərin vilayətin paytaxtı Bazaraka yaxın bir bölgə olan Anabaya çatdığını söyləyib.

İtaliyada yerləşən təcili yardım təşkilatı Talibanın Anabaya çatdığını təsdiqləyib. Bu bölgədə bir tibb mərkəzi idarə edən qeyri-hökumət təşkilatı müəssisəsinin "bir neçə yaralı qəbul etdiyini" bildirib.

Taliban yüngül dağ artilleriya silahları və digər silahları göstərən bir video da yayımlayıb və onların silahlı müqavimətdən ələ keçirildiklərini bildirib.

Görüntülərin doğruluğunun müstəqil mənbələr tərəfindən təsdiq edilməsi mümkün olmayıb.

Taliban səlahiyyətliləri Bazarak yolunda yerləşdirilən minalara görə yavaş irəliləməli olduğunu qeyd edib.

Öz növbəsində, müxalif Milli Müqavimət Cəbhəsi (NRF) şənbə günü "düşmən" hücumlarını geri çəkdiyini, ancaq Taliban qarşısında mövqelərini itirdiyini və hər iki tərəfin itki verdiyini bildirib.

NRF sözçüsü Fahim Daşti "Düşmən Dalansanq bölgəsində məğlub oldu", deyə bildirib. "Müqavimət qüvvələrinin təcrübəli və yeni qəhrəmanları cəbhədə olub," o əlavə edib.

Ölkənin tacik etnik azlıqlarının yaşadığı və paytaxt Kabilin şimalında yerləşən Pəncşir Vadisi dağ zirvələri ilə əhatə olunub.

Əfqanıstandakı 34 vilayətdən 33-ü avqustun 15-də Kabilin ələ keçirilməsi ilə sona çatan inanılmaz dərəcədə sürətli bir hərbi kampaniya nəticəsində Taliban tərəfindən işğal edilib.

Pəncşirin nəzarəti uğrunda döyüşlər bir neçə gün əvvəl başlayıb və o vaxtdan bəri hər iki tərəf döyüş meydanında uğurları haqqında şişirdilmiş iddialar və əks iddialar irəli sürüb.

Taliban əleyhinə silahlı müqavimət ABŞ-da təlim keçmiş Əfqanıstan təhlükəsizlik qüvvələrinin və yerli tayfa milislərinin üzvlərindən ibarətdir. Hərəkata Əhməd Məsud rəhbərlik edir. 1996-2001 -ci illərdə Taliban Əfqanıstanın böyük hissəsini ələ keçirəndə Əhməd Məsudun atası Pəncşiri uğurla müdafiə edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Volodimir Zelenskinin köməkçisinə qarşı sui qəsd cəhdi edilib
please wait

No media source currently available

0:00 0:10:00 0:00

Amerika İcmalı

Amerika İcmalı - 17 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:29:53 0:00
XS
SM
MD
LG