Accessibility links

Talibanın iki qubernatoru öldürülüb


Əfqanıstanın Birləşmiş Ştatlar tərəfindən dəstəklənən təhlükəsizlik qüvvələri bazar günü Talibana qarşı həyata keçirdiyi hava hücumları zamanı hərəkatın kölgədəki iki qubernatoru ölüb. Belə ki, münaqişənin sona qoyulması ilə bağlı danışıqlar dayandırıldıqdan sonra hücumlar daha da intensivləşib.

Paytaxtdakı yüksək səviyyəli təhlükəsizlik rəsmisinin bildirdiyinə görə, bu əməliyyatlar Talibanın Əfqanıstan ordusuna şənbə gününə planlaşdırdığı hücumuna qarşı idi. Rəsmi Birləşmiş Ştatlarla Taliban arasındakı diplomatik danışıqların dayandırılmasından sonra toqquşmaların artdığını deyib.

Şənbə günü axşam cənub Paktika əyalətində qurudan və havadan edilən hücumlar zamanı azı 85 Taliban döyüşçüsünün öldürüldüyü bildirilib.

Taliban təhlükəsizlik qüvvələrinin 20-dən çox itki verdiyini, özünün isə cəmi 7 döyüşçüsünün öldüyünü, 11 döyüşçüsünün isə yaralandığını deyib.

"Qalan iddialar əsassızdır"- deyə, Taliban sözçüsü Zabihulla Mucahid bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG